TuranBank-dan onlayn kredit götürmək SİMA ilə daha rahat
(®) Azərbaycanın bank sistemində stabilliyi və etibarlılığı ilə seçilən TuranBank ASC rəqəmsallaşmanın genişlənməsi istiqamətində müvafiq addımlar atmağa, məsafədən göstərilən xidmətlərin əhatə dairəsini genişləndirməyə davam edir.
Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC tərəfindən yaradılan SİMA vasitəsilə artıq TuranBank mobil əlavəsi üzərindən onlayn kredit də əldə etmək mümkündür. Tərəfdaşlığa əsasən müştərilər filiala gəlmədən, bank əməliyyatlarına vaxt itirmədən bir neçə toxunuşla TuranBank mobil tətbiqi üzərindən müvafiq sənədləri SİMA - yeni nəsil rəqəmsal imza həlli vasitəsilə təsdiqləyərək rahat şəkildə istehlak krediti əldə edə bilərlər. Üstəlik TuranBank-dan krediti onlayn sifariş edən müştərilər kreditin illik faizinə endirim əldə edəcəklər. Həmçinin Bankın yeni müştərisi olacaq şəxslər istehlak krediti alaraq cari hesab aça, kartın çatdırılması xidmətindən istifadə edə və TuranBank-ın daimi müştərisinə çevrilə bilərlər. Qeyd edək ki, Kredit müqavilələrinin SİMA ilə imzalanması müştəriləri kağız sənədlər toplamaq yükündən azad etməklə yanaşı, imzalanmanın vaxt və yer məhdudiyyəti olmadan günün istənilən anı həyata keçirməsini mümkün edir.
Qeyd edək ki, TuranBank mobil əlavəsi banka gəlmədən ödənişlər, köçürmələr və müxtəlif bank əməliyyatlarını həyata keçirmək imkanını yaratmaqla bərabər Bankın müştərilərinə təqdim etdiyi əmanət, kart məhsulları və digər xidmətlərlə bağlı yenilənmiş məlumatların əldə edilməsi fürsətini də yaradır. TuranBank mobil əlavəsini qeyd olunan keçidə daxil olaraq yükləyə bilərsiniz: / marja.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bill Qeyts kimdir?
CV hazırlayarkən buraxılan 5 səhv
Dünyanın ən çox maaş verən şirkətləri
ZARA-nın uğur hekayəsi
Kriptovalyuta nədir və necə alınır?