TuranBank nüfuzlu beynəlxalq qurumundan yerli valyutada kredit cəlb edib

TuranBank nüfuzlu beynəlxalq qurumundan yerli valyutada kredit cəlb edibAzərbaycanda real sektoru dəstəkləyən, ölkənin aparıcı banklarından biri olan TuranBank ASC Mikro, Kiçik və Orta sahibkarlığın (MKOS) dəstəklənməsi və maliyyə əlçatanlığının artırılması istiqamətində növbəti strateji uğura imza atıb.
Marja.az Banka istinadən xəbər verir ki, Bank FİNMA tərəfindən tənzimlənən İsveçrənin "Enabling Qapital" şirkəti tərəfindən idarə olunan EMF Mikromaliyyə Fondu ilə kredit sazişi imzalayıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Sazişə əsasən Fond tərəfindən TuranBank-a yerli valyutada 5 milyon ABŞ dolları ekvivalentində maliyyə vəsaiti ayrılıb.
3 il müddətinə cəlb olunan bu vəsait ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışını asanlaşdırmağa xidmət edəcək.
EMF Mikromaliyyə Fondu inkişaf etməkdə olan ölkələrdə maliyyə əlçatanlığını təşviq etmək üçün 2008-ci ildə təsis edilmişdir. Fond perspektivli, məsuliyyətli, gəlirli və davamlı kiçik və orta biznesləri dəstəkləyir.
Məlumat üçün bildiririk ki, 33 illik fəaliyyəti dövründə 22 satış nöqtəsi ilə geniş xidmət şəbəkəsinə malik olan TuranBank, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin  maliyyələşdirilməsi üzrə beynəlxalq kredit xətlərinin cəlb edilməsi istiqamətində əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirərək qeyri-neft sektorunun dayanıqlı inkişafına mühüm dəstək verir. Bankla bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

Banklar     Tarix: 19 mart 2026

Oxşar xəbərlər

PAŞA Bank ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF) beynəlxalq maliyyə əməkdaşlığını müzakirə edib

PAŞA Bankın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF) iştirak edib və "Beynəlxalq maliyyə əməkdaşlığı: artım naminə tərəfdaşlıqların qurulması" mövzusund

Rusiya Azərbaycana nağd rubl çıxarılmasını məhdudlaşdırır – 1 milyonluq limit

Rusiya fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan (20 min manat) artıq nağd Rusiya valyutası aparmasına məhdudiyyət tətbiq edib. Yeni qayda Avrasiya İqtisadi İttifaqına üzv ölkələri, Tacikistanı və Özbəkistanı da əhat

Texnologiyada qadın gücü: Bir "Ctrl is hers" qalibləri üçün təlimlərə başlayıb

Bir ekosisteminin qadınların texnologiya sahəsində bilik və bacarıqlarını inkişaf etdirməsinə və bu istiqamətdə karyera imkanları qazanmasına dəstək məqsədilə həyata keçirdiyi "Ctrl is hers" proqramında 66 iştirakç

Yapı Kredi Bank Azərbaycan yeni "Premium Mastercard World Elite" kartını təqdim edir

Yapı Kredi Bank Azərbaycan müştərilərinə premium imtiyazları və xüsusi bankçılıq təcrübəsini bir araya gətirən yeni Premium Mastercard World Elite kartını təqdim edir. Yeni kart səyahət zamanı rahatlıq və üstün xidmətlərdə

DSMF əməkhaqqı və ödənişlər üçün 55 milyon manatlıq bank xidməti alacaq

DSMF bank xidmətləri üçün 55 milyon manatlıq tender elan edib. xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) əməkhaqqı və digər ödənişlərin nağdsız həyata keçirilməsi üçün bank xidmətlərinin satın alınması ilə bağl

Mərkəzi Bank 2 BOKT-un lisenziyasını ləğv edib

"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 25-ci maddəsinə müvafiq olaraq, "T-Kredit" Bank olmayan kredit təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfində

İkinci kart almaq istəyənlərə PİS XƏBƏR: Bank kartları ilə bağlı yeni məhdudiyyət – ikinci kart verilməyəcək

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. Məlumata görə, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlar

Bu BOKT 2026-cı ildə kapitalını 18%-dən çox böyüdüb

Bank Olmayan Kredit Təşkilatı "Azəri Star Mikromaliyyə" MMC-nin nizamnamə kapitalı artırılıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarına istinadə

Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb

Unibank və Niderlandın sahibkarlığın inkişafı bankı FMO əməkdaşlıqlarında yeni mərhələnin başladığını və ümumi məbləği 50 milyon ABŞ dolları, müddəti isə 4 il olan strateji müddətli maliyyələşdirmə sazişinin imzalandığın


iqtisadi xeberler kripto avtomobil xeberleri biznes xeberleri bitcoin qiymeti