TuranBank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə 15 milyon ABŞ dolları həcmində saziş imzalayıb ®
Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan "TuranBank" ilə İslam İnkişaf Bankı Qrupunun özəl sektor üzrə üzv qurumu olan İslam Əməkdaşlıq Təşkilatının Özəl Sektorun İnkişafı üzrə Korporasiyası (ICD) arasında 5 il müddətinə 15 milyon ABŞ dolları məbləğində maliyyələşdirmə istiqamətində saziş imzalanıb.
Sözügedən maliyyələşdirmə xətti ölkədə kiçik və orta sahibkarlığın (KOS) inkişafına dəstək göstərmək, özəl sektorun maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək, eləcə də Azərbaycanın dayanıqlı və diversifikasiya olunmuş iqtisadi inkişafına töhfə vermək məqsədi daşıyır. Bu tərəfdaşlıq eyni zamanda ölkə iqtisadiyyatının qeyri-neft sektoru üzrə şaxələndirilməsi istiqamətində atılan əhəmiyyətli addım hesab olunur.
Qeyd edək ki, saziş ICD-nin icraçı direktoru vəzifəsini icra edən Dr. Xalid Xələfallah və "TuranBank"ın İdarə Heyətinin sədri Orxan Qarayev tərəfindən imzalanıb.
Məlumat üçün qeyd edək ki, "TuranBank" ilə ICD arasında əməkdaşlıq 2008-ci ildən etibarən davam edir və bu saziş tərəflər arasında imzalanmış altıncı maliyyə əməkdaşlığıdır. Bu fakt iki qurum arasında formalaşmış etibarlı, uzunmüddətli və məhsuldar tərəfdaşlığın göstəricisidir.
"TuranBank" haqqında
"TuranBank" ASC 1992-ci ildə təsis edilmiş və Azərbaycan maliyyə sektorunda fəaliyyət göstərən ən sabit və etibarlı qurumlardan biri kimi tanınır. Bank, müştərilərinə beynəlxalq standartlara uyğun geniş çeşidli maliyyə xidmətləri təqdim edir. Hazırda ölkə üzrə 22 xidmət nöqtəsi ilə fəaliyyət göstərən "TuranBank", 33 illik fəaliyyəti ərzində dayanıqlı inkişaf nümayiş etdirib. Bank şəffaflıq, etibarlılıq və sosial məsuliyyət prinsiplərinə sadiqliyi ilə seçilərək, ölkənin bank sektorunda mühüm rol oynamaqda davam edir. Ətraflı məlumat üçün: www.turanbank.az
ICD haqqında
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) İslam İnkişaf Bankı Qrupunun üzvü olan çoxməqsədli maliyyə institutudur. Korporasiyanın əsas missiyası üzv ölkələrdə özəl sektorun inkişafını təşviq etmək və İslam şəriət prinsiplərinə uyğun maliyyə alətləri vasitəsilə iqtisadi inkişafı dəstəkləməkdir. ICD həmçinin hökumətlərə və özəl təşkilatlara məsləhət xidmətləri göstərərək özəl müəssisələrin yaradılmasını, genişləndirilməsini və modernləşdirilməsini təşviq edir. ICD aşağıdakı beynəlxalq reytinqlərə malikdir:
"Moody"s" – A2, S&P – A-, Fitch – A+.
Əlaqə üçün:
Nabil El-Alami, Kommunikasiya və Korporativ Marketinq Departamentinin rəhbəri
E-poçt: [email protected]
Vebsayt: www.icd-ps.org
"TuranBank"
Bizimlə etibarlıdır...

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Dropshipping nədir?
Dünyanın ən zəngin idmançıları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Fond birjası nədir?
Bitcoin nədir?