Türk hava yolları məşhur aviaşitkətlə anlaşma memorandumu imzaladı
Türk Hava Yolları (THY) Bəhreynin bayraq daşıyıcı aviaşirkəti Gulf Air ilə anlaşma memorandumunu imzalayıb.
Biznes.az xəbər verir ki, Türk Hava Yolları, Bəhreynli Gulf Air ilə imzaladığı anlaşma memorandumuyla uçuş şəbəkələrini genişləndirməyi, həmçinin sadiqlik proqramları və yer xidmətləri kimi sahələrdə əməkdaşlığı dərinləşdirməyi hədəfləyir.
THY-nin açıqlamasına görə, sözügedən anlaşma memorandumunun çərçivəsi, strateji tərəfdaşlıq sazişi, potensial birgə layihələr, sadiqlik proqramları və yer xidmətləri də daxil olmaqla, aviasiyanın bir çox sahəsində geniş əməkdaşlığı formalaşdıracaq.
Açıqlamada o da qeyd olunub ki, əməkdaşlıqla iki aviaşirkət qarşılıqlı böyüməni təmin etməyi, iqtisadi inkişaf üçün imkanlar yaratmağı və Türkiyə ilə Yaxın Şərq arasında mədəni və sosial qarşılıqlı əlaqəni artırmağı hədəfləyir.
"Həmçinin, anlaşma çərçivəsində Manama–İstanbul arasındakı mövcud birbaşa uçuşlara əlavə olaraq, əlavə gəlir gətirə biləcək imkanların qiymətləndirilməsi ilə iki aviaşirkətin uçuş şəbəkələrini genişləndirmə potensialı üzərində də işlənəcək",- deyə açıqlamada bildirilir.

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir
Bill Qeyts kimdir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Biznes plan necə yazılır?
Dünyanın ən varlı 10 adamı