Türkiyə, Avropanın ən böyük üç bazarından biri oldu

Türkiyə, Avropanın ən böyük üç bazarından biri olduSon iki ildə elektrikli avtomobil satışlarında böyük sürət qazanan Türkiyə, Avropada bir çox ölkəni geridə qoyub.Yerli elektrikli avtomobil markası Togg 2023-cü ildə bazara çıxandan sonra, elektrikli nəqliyyat vasitələri bazarında çox sürətli artım qeyd edən Türkiyə, Avropada ilk üçlüyə daxil olub.

Biznes.az xəbər verir ki, elektrikli nəqliyyat vasitələrinin bazar payını 20 faizə yüksəldən Türkiyə, avqust ayında Almaniya və Böyük Britaniyadan sonra Avropanın üçüncü ən böyük elektrikli avtomobil bazarı olub.

Avropa Avtomobil İstehsalçıları Birliyinin (ACEA) məlumatlarına görə, avqust ayında Avropada ən çox elektrikli avtomobil satılan ölkə 39 min 367 ədəd ilə Almaniya olub. Birləşmiş Krallıq isə 21 min 969 elektrikli avtomobil satışı ilə Avropada ikinci yeri tutub.

Əvvəlki dövrlərdə 6-cı yerdə olan Türkiyə, avqust ayında 17 min 480 elektrikli avtomobil satışı ilə Fransa, Norveç və Belçika kimi ölkələri geridə qoyaraq bu sahədə irəlilədi və Avropada üçüncü oldu.
Yanvar–avqust aylarında Türkiyədə elektrikli avtomobil satışları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 154 faiz artaraq 119 min 640 ədədə çatıb.

Həmin dövrdə Almaniya 336 min 707 elektrikli avtomobil satışı ilə Avropada birinci, Birləşmiş Krallıq 276 min 635 satışla ikinci, Fransa isə 184 min 871 satışla üçüncü olub.
Ümumi bazara baxıldıqda, ötən avqust ayında Türkiyə Avropada dördüncü ən böyük avtomobil bazarı kimi qeydə alınıb.

Ötən ay Almaniyada 207 min 229, onu izləyən Fransada 87 min 849, üçüncü yerdəki Böyük Britaniyada isə 82 min 908 avtomobil satılıb.

Türkiyə isə 82 min 215 ədədlik avqust ayı bazar həcmi ilə Böyük Britaniyadan sonra Avropanın dördüncü ən böyük bazarı olub.

Xəbərlər     Tarix: 07 oktyabr 2025

Oxşar xəbərlər

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Pensiyalar eyni faizlə artırılmayacaq

Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Azərbaycan nefti ucuzlaşdı

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 4.27 ABŞ dolları və ya 3.48% azalaraq 118.22 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlk

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu


iqtisadi xeberler biznes krediti leobank kart bitkoin kripto