Türkiyə bankının Azərbaycanda mənfəəti kəskin artıb

Türkiyə bankının Azərbaycanda mənfəəti kəskin artıbTürkiyənin "Yapı Kredi Bankası"nın Azərbaycanda törəməsi olan "Yapı Kredi Bank Azərbaycan" QSC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "Yapı Kredi Bank Azərbaycan" 2022-ci ili 1 miylon 153 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili 931 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il "Yapı Kredi Bank Azərbaycan" zərərdən mənfəətə keçib. Bankın ötənilki mənfəəti gəlirlərin, xüsusilə də haqq və kommisiya gəlirinin yüksək artmasından qaynaqlanır.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
2022-ci ildə "Yapı Kredi Bank Azərbaycan"ın əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 45 milyon 125 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 23,2% və ya 8 milyon 501 min manat çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat gəlirləri 36 milyon 624 min manat təşkil etmişdi.
2022-ci ildə "Yapı Kredi Bank Azərbaycan"ın əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 34 milyon 950 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 13.9% və ya  4 milyon 275 min manat çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat xərcləri 30 milyon 675 min manat təşkil etmişdi.
Ötən il  "Yapı Kredi Bank Azərbaycan"ın əməliyyat gəlirləri əməliyyat xərclərini üstələdiyindən Bankın 10 milyon 175 min manat əməliyyat mənfəəti olub. 2021-ci ildə Bankın əməliyyat mənfəəti 5 milyon 949 min manat təşkil etmişdi. Beləliklə, "Yapı Kredi Bank Azərbaycan"ın  əməliyyat mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 4 milyon 226 min manat və ya 71% artıb.
2022-ci ildə "Yapı Kredi Bank Azərbaycan"ın mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığı vəsait 7 milyon 992 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 27,2% və ya 1 milyon 711 min manat çoxdur. Bank 2021-ci ildə mümkün zərərlər üçün yaradılan ehtiyatlara  6 milyon 281 min manat ayırmışdı.
"Yapı Kredi Bank Azərbaycan"ın cəmi aktivləri 2021-ci illə müqayisədə 2022-ci ildə 22% və ya 87 milyon 120 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 481 milyon 928  min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 394 milyon 807 min manat cəmi aktivlərə malik idi.
"Yapı Kredi Bank Azərbaycan"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2021-ci illə müqayisədə 2022-ci ildə 35,5% və ya 62 milyon 32 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 236 milyon 945 min manat təşkil edib. 2021-ci ilin sonunda Bankın kredit portfeli 174 milyon 913 min manata çatmışdı. O cümlədən, ötən il "Yapı Kredi Bank Azərbaycan"ın istehlak kreditləri portfeli 5 milyon 156 min manat artaraq 45 milyon 308 min manata, biznes kreditləri portfeli 51 milyon 910 min manat artaraq 169 milyon 165 min manata, ipoteka kreditləri portfeli isə 4 milyon 965 min manata artaraq 22 milyon 472 min manata yüksəlib.
"Yapı Kredi Bank Azərbaycan"ın depozit portfeli 2021-ci illə müqayisədə 2022-ci ildə 27,6% və ya 78 milyon 709 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 363 milyon 857 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 285 milyon 148 min manat cəmi depozitlərə malik idi. Ötən il bankda fiziki şəxslərin depozitləri 12 milyon 254 min manat artaraq 80 milyon 751 min manata, hüquqi şəxslərin depozitləri isə 66 milyon 456 min manat artaraq 283 milyon 106 min manata çatıb.
31 dekabr 2022-ci il tarixində "Yapı Kredi Bank Azərbaycan" 75 milyon 75 min manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2021-ci il tarixində 74 milyon 316 min manat məcmu kapitala malik idi.
Türkiyə bankının Azərbaycanda mənfəəti kəskin artıbTürkiyə bankının Azərbaycanda mənfəəti kəskin artıbTürkiyə bankının Azərbaycanda mənfəəti kəskin artıb

Banklar     Tarix: 24 yanvar 2023

Oxşar xəbərlər

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım

Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb

Bu il Azərbaycanda kiber risklər üzrə 231 min 210 manat sığorta haqqı toplanılıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, indiyə qədər həmi

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler dollar mezenne valyuta xeberleri valyuta kurslari bitcoin