Türkiyə SOCAR ilə Bolqarıstana qaz nəqlinin artırılmasında əməkdaşlıq edə bilər
Ankara Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Bolqarıstana qaz nəqlinin artırılmasına dair əməkdaşlıq imkanlarını nəzərdən keçirir.
Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "Bloomberg" agentliyinə müsahibəsində deyib.
"Türkiyə Avropa İttifaqına daha çox təbii qaz satmağa hazırdır. Lakin lazımi infrastruktur investisiyalarını əsaslandırmaq üçün uzunmüddətli öhdəliklərə ehtiyacı var. Bizə lazım olan Türkiyə-Bolqarıstan şəbəkələrarası gücün artırılmasıdır ki, hazırda Türkiyə tərəfinin texniki cəhətdən təmin edə biləcəyi ildə 7 milyard kubmetr qazın yalnız yarısını ödəyə bilir", – o bildirib.
A.Bayraktar əlavə edib ki, Türkiyə-Bolqarıstan interkonnektoru vasitəsilə Avropaya qaz tədarükünü ildə 10 milyard kubmetrə çatdırmaq üçün Ankara SOCAR-la işləyə bilər.
Nazir, həmçinin Rusiyanın "mavi yanacağı"nı əvəz etmək üçün Avropaya alternativ qaz tədarükü ilə bağlı hazırda nəzərdən keçirilən ssenariləri "mürəkkəb" adlandırıb. / banker.az

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Fond birjası nədir?
"iPhone 15" modelinin üstünlükləri
Dünyanın ən varlı 10 adamı
Biznes planı necə yazmaq lazımdır?
Dünyanın əh bahalı brendləri - TOP-10