Türkiyə Somali sahillərində neft-qaz yataqlarının kəşfiyyatına başlayacaq
Türkiyə perspektivli neft-qaz yataqlarının kəşfiyyatı məqsədilə Somali sahillərinə qazma gəmisi göndərəcək.
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Ankara ilə Maqadişo arasında razılaşma olduğunu bildirib.
Nazirin sözlərinə görə, Afrika ölkəsinin perspektivli dəniz yataqlarının seysmik kəşfiyyatı "Oruç Reis" gəmisi tərəfindən aparılacaq və bundan sonra qazma işlərinə başlanacaq.
"İşlərin yerinə yetiriləcəyi ərazidə dənizin dərinliyi 2-3 km arasında dəyişir, ümumiyyətlə qazma işi 7 km dərinliyə qədər aparılacaq", – o deyib.
A.Bayraktar qeyd edib ki, Ankaranın 2016-cı ildən sonrakı dövrdə həyata keçirdiyi milli enerji strategiyası sayəsində Türkiyə bu gün dəniz zonasında qazma və kəşfiyyat işlərinin müstəqil aparılması üçün bütün imkanlara malikdir.
"Oruç Reis" gəmisinin heyəti 50 nəfərdən ibarətdir. Somaliyə gedən bu gəmini beş köməkçi gəmi, eləcə də Türkiyə Hərbi Dəniz Qüvvələrinin gəmiləri müşayiət edəcək", – deyə türkiyəli nazir əlavə edib. / banker.az

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?
Digital Card nədir?