Türkiyə Yaponiya ilə dəmir yolu sahəsində əməkdaşlıq edəcək
Yaponiyanın yüksək sürətli qatar xətlərində istifadə edilən, dəmir yolu infrastrukturunda potensial yerdəyişmələri və fövqəladə təbii hadisələri anında təsbit edən monitorinq sistemi Türkiyədə tətbiq ediləcək.
Biznes.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib. O həmçinin Türkiyə Dövlət Dəmir Yollarının uzun müddətli təmir və idarəetmə proseslərində müasir tələblərə uyğun sağlam və effektiv sistemlərdən istifadə edildiyini qeyd edib.
Bununla yanaşı o, ən yaxşı beynəlxalq təcrübələri ölkələrinə gətirməklə bu güclü infrastrukturu davamlı olaraq inkişaf etdirməyi hədəflədiklərini vurğulayıb. Bu məqsədlə Yaponiya şirkəti olan Econy dəstəyi ilə əməkdaşlıq etdiklərini bildirib.
Uraloğlu, layihə çərçivəsində Yaponiyada yüksək sürətli qatar xətlərində istifadə edilən "Sıfır Enerji İnterneti (IoT) Monitorinq Sistemi"nin Türkiyədə Polatlı-Konya Sürətli Qatar Xəttində və Konya-Karaman-Ulukışla Yüksək Sürətli Qatar Xəttində tətbiq ediləcəyini deyib. İşlərin türkiyəli və yapon mütəxəssisləri tərəfindən aparılacağı vurğulanıb.
Qeyd edək ki, Uraloğlu, sistemin quraşdırılmasına oktyabr və ya noyabr aylarında başlanacağını bildirib.

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?
Digital Card nədir?