Türkiyədə Azərbaycan kartları ilə aparılan əməliyyatların həcmi $2 mlrd.-a çatır
Türkiyədə Azərbaycan kartları ilə aparılan əməliyyatların həcmi ildə təxminən 2 milyard ABŞ dollarına çatır.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Milli Ödəniş Sisteminin inkişaf siyasətinin hazırlanması şöbəsinin rəisi Ramil Mahmudov Bakıda "Ticarətdə qeyri-tarif maneələri" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycan kartları Türkiyənin elektron ticarət platformalarında alış-veriş üçün fəal şəkildə istifadə olunur.
O qeyd edib ki, AMB-yə mütəmadi olaraq sahibkarlardan "Amazon" və "eBay "kimi platformalar vasitəsilə malların satışı, əsasən ödənişlərlə bağlı yaranan problemlərə görə müraciətlər daxil olur: "Lakin bu problem təkcə bizim ölkəyə xas deyil. Hər bir iri ticarət platformasının öz milli maraqları və siyasəti var. Əvvəllər xarici e-ticarət sistemləri tərəfindən Azərbaycan bazarına maraq az idi, çünki onların əsas diqqəti mal və xidmətlərin Azərbaycanda satışı idi, amma indi bizim məhsulların da o platformalarda satışı ilə bağlı müraciətlər var. Lakin nağdsız əməliyyatların artımı ilə bağlı son statistik məlumatlar onların Azərbaycana marağını əhəmiyyətli dərəcədə artırıb. Azərbaycanın qonşu dövlətlərlə müqayisədə potensialı böyükdür". / banker.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
İnstaqramda biznes qurmağın yolları
Biznes plan necə yazılır?
ZARA-nın uğur hekayəsi
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Bitcoin necə işləyir?