Türkiyənin dövlət bankı Azərbaycanda dövlətli olur

Türkiyənin dövlət bankı Azərbaycanda dövlətli olur"Ziraat Bank Azərbaycan" ASC 2023-cü ilin 9 ayını (yanvar-sentyabr) 6 milyon 413,5 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 6 milyon 180,8 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 2023-cü ilin 9 ayında 2022-ci ilin 9 ayı  ilə müqayisədə 232,7 min manat və ya 3,8% artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.Əgər aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırma 2 dəfədən çox artmasaydı Bankın xalis mənfəəti daha yüksək məbləğdə olardı.
FAİZ GƏLİRLƏRİ 50 FAİZDƏN ÇOX ARTIB
Marja.az-ın məlumatına görə, "Ziraat Bank Azərbaycan"ın faiz gəlirləri 2023-cü ilin 9 ayında 2022-ci ilin 9 ayı ilə müqayisədə 10 milyon 977 min manat və ya 54,2% artaraq 31 milyon 230 min manat, qeyri-faiz gəlirləri isə 1 milyon 660 min manat və ya 17,8% artaraq 10 milyon 968 min manat təşkil edib.
2023-cü ilin 9 ayında "Ziraat Bank Azərbaycan"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 42 milyon 198,5 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 24 milyon 177 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 18 milyon 21,5 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən  11 milyon 608 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb. 
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin 9 ayında "Ziraat Bank Azərbaycan"ın əməliyyat mənfəəti 12 milyon 633,6 min manat təşkil etmişdi və ehtiyata 5 milyon 463,8 min manat ayırmışdı.
BANK KƏSKİN BÖYÜYÜB
"Ziraat Bank Azərbaycan"ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 2023-cü ilin 9 ayı ərzində 182 milyon 828 min manat və ya 34,6% artaraq 30 Sentyabr 2023-cü il tarixində 711 milyon 727 min manat təşkil edib.
"Ziraat Bank Azərbaycan"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) ötən ilin sonu ilə müqayisədə 2023-cü ilin 9 ayında 40 milyon 303 min manat və ya 12,7% artaraq 357 milyon  882 min manata çatıb. 
DEPOZİT PORTFELİNDƏ BÖYÜK ARTIM
"Ziraat Bank Azərbaycan"da depozitlər 2023-cü ilin 9 ayı ərzində 2022-ci ilin sonu ilə müqayisədə 173 milyon 603 min manat və ya 54,6% artaraq 491 milyon 409 min manata çatıb. O cümlədən, fiziki şəxslərin müddətli depozitləri 46 milyon 620 min manat və ya 46,7% artaraq 146 milyon 489 min manata çatıb. Bankda hüquqi şəxslərin tələbli depozitləri isə 152 milyon 640 min manat və ya 2,4 dəfə  artaraq 258 milyon 343 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
30 Senyabr 2023-cü il tarixində  "Ziraat Bank Azərbaycan" 109 milyon 753 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 102 milyon 394 min manat məcmu kapitala malik idi.
 "Ziraat Bank Azərbaycan" ASC-nin səhmdarları Türkiyənin dövlət bankı "T.C.Ziraat Bankası" (99.98%), "Ziraat Teknoloji" (0.01%) və "Ziraat Yatırım Menkul Değerler"dir (0.01%).
Türkiyənin dövlət bankı Azərbaycanda dövlətli olurTürkiyənin dövlət bankı Azərbaycanda dövlətli olurTürkiyənin dövlət bankı Azərbaycanda dövlətli olurTürkiyənin dövlət bankı Azərbaycanda dövlətli olurTürkiyənin dövlət bankı Azərbaycanda dövlətli olurTürkiyənin dövlət bankı Azərbaycanda dövlətli olur

Banklar     Tarix: 13 oktyabr 2023

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale


iqtisadi xeberler valyuta xeberleri bu gunun xeberleri dollar kursu avtomobil xeberleri