Türkiyənin kredit tarixçəsində böyük bir dəyişiklik olacaq
Türkiyənin Maliyyə və Xəzinə naziri Mehmet Şimşək, geosiyasi gərginliklər azaldıqca Türkiyənin mövqeyinin bundan ciddi şəkildə fayda görəcəyini bildirib.
Biznes.az xəbər verir ki, o, Türkiyənin kredit tarixçəsində böyük bir dəyişiklik olacağını vurğulayıb.
Vaşinqtonda keçirilən BVF/Dünya Bankının illik payız toplantıları çərçivəsində Atlantik Şurasının panelində çıxış edən Şimşək, 300 milyard dollardan çox infrastruktur sərmayəsi həyata keçirdiklərini qeyd edib. Nazir həmçinin gənc əhalinin sürətlə artdığını və bunun ölkə üçün çox mühüm üstünlük olduğunu söyləyib.
Şimşək bildirib:
"İstehsalı artıracaq imkanlara baxırıq, sənaye sahəsinə və insanlara sərmayə qoyuruq. 1,6 trilyon dollarlıq iqtisadiyyata malik ölkəmizin güclü infrastrukturu və qüvvətli demoqrafiyası var."
Nazir çıxışında, böyümə ilə inflyasiya arasında seçim edilməli olduğu fikrinə inanmadığını, bunun mütləq belə olmasının vacib olmadığını sübut etdiklərini qeyd edib. O, inkişaf etmiş ölkələrdən texnologiya sərmayəsi cəlb etməyin ancaq qiymət sabitliyi təmin edildiyi halda mümkün olacağını vurğulayıb.
Şimşək, Qərb müttəfiqləri ilə münasibətlərin yenidən yaxınlaşdığını və tərəflərin bir-birinə ehtiyac duyduğunu qeyd edərək deyib:
"Dünya bu gün daha çox müdafiə xərcləri edir — 25 il əvvəl bu rəqəm 1 trilyon dollar idi, indi isə 6 trilyon dollara çatacaq. Türkiyə müdafiə sektoruna ciddi sərmayələr qoyurdu, çünki bunu etmək məcburiyyətində idik. Geosiyasi gərginliklər azaldıqca Türkiyənin mövqeyi bundan böyük fayda əldə edəcək. Türkiyənin kredit tarixçəsində böyük bir dəyişiklik olacaq."

"Bitcoin" 2%-dən çox ucuzlaşıb - SON QİYMƏT
AccessBank-ın OK kredit kartı ilə alış-veriş daha sərfəlidir
Azərbaycan banklarının 4,6 milyard manat sərbəst vəsaiti var – Kreditləşməyə yönəldilə bilər
10 min dollarla son 12 ayda ən çox qazandıran - SAHƏLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Azərbaycanda banklar müstəqil şikayət bölməsi yaradacaq
Mərkəzi Bank BOKT-a lisenziya verib
Azərbaycanda kartdan-karta pul köçürmələrinə limit qoyuldu
Biznes qurmaq üçün nə lazımdır?
Marketinq nə demədir?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
"Coca-Cola" haqqında 5 maraqlı fakt
CV-nin tərtib edilməsi prinsipləri