Türkiyənin neft idxalında Rusiya ilk sırada yer aldı
Türkiyənin ümumi neft və neft məhsulları ötən ilin eyni dövrünə nisbətən 12% artaraq 4 milyon 853 min 924 ton olub.
Biznes.az xəbər verir ki, Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) iyul ayına dair "Neft Bazarı Sektor Hesabatı"na görə, Türkiyənin ümumi neft idxalında ən böyük paya sahib olan xam neft idxalı 11,7% artaraq 2 milyon 922 min 330 ton təşkil edib.
Bu dövrdə dizel (motorin) növlərinin idxalı 9,5% artaraq 1 milyon 369 min 465 ton olub.
İdxalın qalan hissəsini isə aviasiya və dənizçilik yanacaqları, benzin və mazut növləri ilə digər məhsullar təşkil edib.
Ən çox xam neft və neft məhsulları idxalı 3 milyon 9 min 687 tonla Rusiya tərəfindən həyata keçirilib. Bu ölkəni 525 min 888 tonla Qazaxıstan və 495 min 836 tonla İraq izləyib.
Daxili bazarda benzin satışları iyulda ötən ilin eyni ayı ilə müqayisədə 21% artaraq 558 min 507 tona, dizel (motorin) satışları isə 6,7% artaraq 2 milyon 495 min 603 tona yüksəlib.
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə