Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə çatdırılması istiqamətində işlər tamamlanır

Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə çatdırılması istiqamətində işlər tamamlanırTürkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə, oradan da Avropaya çatdırılması istiqamətində işlər başa çatmaq üzrədir.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, ilkin mərhələdə 2 milyard kubmetr qazın Türkiyəyə çatdırılması nəzərdə tutulur. Gələcəkdə bu həcmin daha da artırılacağı nəzərdə tutulub.
Qeyd edək ki, geosiyasi mövqeyindən istifadə edən Türkiyə Türkmənistan qazını Avropaya çatdırmaq öhdəliyini götürmək istəyir. Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropanın enerji problemi ilə üzləşdiyi bir zamanda alternativ yollar axtarışına başlanıb. Alternativ yollardan biri hesab edilən Türkmənistan qazının Avropaya çatdırılması üçün ilk mərhələdə Türkiyə ilə Türkmənistan arasında Anlaşma Memorandumu imzalandı. Müqavilə təbii qaz və karbohidrogen sahəsində mühüm əməkdaşlıqları əhatə edir. Daha sonra Bakı və Ankara arasında təbii qaz sahəsində imzalanan saziş çərçivəsində Türkmənistan qazının Azərbaycan və Gürcüstan ərazisi ilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub.
Bununla bağlı Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Bakı və Ankaranın bu layihələr vasitəsilə təkcə öz təchizat zəncirlərinin təhlükəsizliyini təmin etmədiyini, həm də Avropanın enerji təchizatının təhlükəsizliyinə mühüm töhfə verdiyini deyib: "Bugünkü razılaşma təbii qaz sahəsində əməkdaşlığımızda yeni mərhələni qeyd edəcək. Bu, 2030-cu ilə qədər Azərbaycan qazının, eləcə də Xəzər dənizinin qaz ehtiyatlarının Türkiyəyə əlavə həcmdə nəqlini təmin edəcək. Bundan əlavə, qazın bir hissəsi Türkiyədən keçməklə Avropaya daşınacaq. Əhəmiyyətli bir məqam da ondan ibarətdir ki, saziş çərçivəsində biz Türkmənistan təbii qazının Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə nəqli ilə bağlı razılığa gəldik". / banker.az

Xəbərlər     Tarix: 04 avqust 2024

Oxşar xəbərlər

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina


iqtisadi xeberler 1000 manatla biznes biznes xeberleri internetden pul qazanmaq biznes qurmaq