Unibank 2025-ci ilin ilk rübünün maliyyə nəticələrini açıqladı

Unibank 2025-ci ilin ilk rübünün maliyyə nəticələrini açıqladıUnibank 2025-ci ilin ilk rübünün maliyyə nəticələrini açıqlayıb
Bankın yaydığı press-relizdə bildirilir ki, Bank biznes kreditləşməsi, rəqəmsallaşma və müştəri bazasının genişlənməsi sahələrində mühüm uğurlara imza atıb. Bankın strateji hədəflərinə uyğun olaraq biznes kreditlərinin həcmi əhəmiyyətli dərəcədə artaraq, ümumi kredit portfelində payını yüksəldib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin həcmi 32% artaraq 457 milyon manatı ötüb və kredit portfelindəki payı 41%-ə çatıb. Ümumi kredit portfeli isə 123 milyon manat artıb.
Unibank 2025-ci ilin ilk rübünün maliyyə nəticələrini açıqladıStrateji inkişaf çərçivəsində rəqəmsal transformasiyaya xüsusi diqqət yetirən Unibank, Leobank layihəsi ilə kiçik və mikro sahibkarlar üçün tam rəqəmsal məhsul təqdim edib. Bu yenilik biznes müştərilərinə banka gəlmədən hesab açmaq, əməliyyatlar aparmaq və kredit əldə etmək imkanı verib. Hazırda bank əməliyyatlarının 73%-dən çoxu rəqəmsal kanallar vasitəsilə həyata keçirilir. Rəqəmsal kanallar üzərindən aparılan biznes əməliyyatlarının sayı ötən dövrlə müqayisədə 14% artıb.
Nağdsız əməliyyatların inkişafı da davam edib. Ötən ilin eyni dövrü ilə müqayisədə nağdsız əməliyyatların həcmi 24%, sayı isə 30% artıb. Təkcə ilk rübdə nağdsız əməliyyatların həcmi 3,2 milyard manatı, sayı isə 99 milyonu ötüb.
Bankın müştəri bazası ötən il ilə müqayisədə 12% artaraq, ümumi müştəri sayı 2 milyon 86 min nəfəri keçib. Sahibkar müştərilərin sayı 33%, hüquqi şəxslərin sayı isə 20% yüksəlib.
Depozit portfeli də sabit artım nümayiş etdirib və müddətli depozitlərin həcmi 40 milyon manat artaraq, ümumi depozit portfeli 1,2 milyard manatı keçib.
Faiz və qeyri-faiz gəlirlərinin cəmi 85 milyon manat olub. Dövr ərzində Bank, rəqəmsal və dayanıqlı inkişaf strategiyasına uyğun olaraq investisiyalara əhəmiyyətli diqqət ayırıb. Bu investisiyalar, pərakəndə portfelin yenidən formalaşdırılması və yeni likvidlik tələblərinə uyğunlaşma nəticəsində yaranan yüksək faiz xərcləri ilə birlikdə qısamüddətli əməliyyat mənfəətliliyinə təsir edib. Hesabat dövründə əməliyyat mənfəəti 12 milyon manat, vergidən əvvəl mənfəət isə 3,6 milyon manat təşkil edib.
Bankın kapital və aktiv bazasında artım davam edib. Məcmu kapital 10%-dən çox artaraq 180 milyon manata çatıb, aktivlərin həcmi isə 14% artaraq 1,8 milyard manatı ötüb.
Unibank KB ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov bildirib:
"2025-ci ilin ilk rübündə rəqəmsal yeniliklər və dayanıqlı maliyyə təşəbbüslərimizlə yeni strateji vizyonumuza uyğun əhəmiyyətli irəliləyişlər əldə etmişik. Bankımız dayanıqlı maliyyə prinsiplərinə uyğun layihələr həyata keçirərək, ölkəmizin ekoloji hədəflərinə dəstək verir. Xüsusilə, yaşıl istiqrazlar vasitəsilə maliyyələşdirilən hibrid avtomobil layihəsi illik 340 ton karbon emissiyasının qarşısını almağa imkan yaradacaq. Unibank artıq yeni dövrün imperativlərinə uyğun olaraq yeni strateji baxışın bir hissəsi olan dayanıqlılıq yanaşmamızın yaxın günlərdə ictimaiyyətlə bölüşülməsini planlaşdırır.Yenilənən strateji baxışımız çərçivəsində ilin sonunadək bir sıra böyük layihələrin də reallaşdırılmasını nəzərdə tuturuq. Bu layihələrin içərisində Leobank-la bağlı mühüm yeniliklər var. Qarşıda bizi həm yeni fürsətlər, həm də çağırışlar gözləyir." / marja.az

Banklar     Tarix: 14 aprel 2025

Oxşar xəbərlər

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler en son xeberler bitkoin almaq investisiya 1000 manatla biznes