Unibank Azərbaycan maliyyə bazarı üçün bir ilkə imza atıb

Unibank Azərbaycan maliyyə bazarı üçün bir ilkə imza atıb(®) Unibank Azərbaycan bazarında ilk dəfə olaraq qabaqcıl beynəlxalq standartlara uyğun, "yaşıl" istiqraz kimi təsnifatlaşdırıla bilən qiymətli kağızlar buraxır. Bu istiqrazlar, yaşıl maliyyələşmənin inkişafına töhfə verməklə, investorlara "dayanıqlı gələcəyə" yatırım etmək imkanı yaradır. Faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazların tədavül müddəti 36 ay, nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 11,5%, kupon ödəniş dövrü hər 3 aydan bir, emissiya həcmi isə 20 milyon manat təşkil edir.

"Unibank KB" ASC-nin İH-nin sədri Fərid Abuşov bildirib ki, müstəqil beynəlxalq qiymətləndirici tərəfindən yaşıl maliyyələşmə meyarlarına uyğun istiqrazların buraxılması təşəbbüsü, milli prioritetlərimizin realizasiyasının dəstəkləməsi və ölkəmizdə maliyyə sektoru tərəfindən ilk olması baxımından qürurvericidir:
"Bu istiqrazlar, maliyyə məqsədlərimizin ətraf mühit və sosial problemlərin həlli üzrə formalaşan çağırışlar və ölkəmizin sosial-iqtisadi inkişaf strategiyası ilə uyğunlaşdırıldığını göstərən əhəmiyyətli təşəbbüslərdən biri olmaqla yanaşı, həm də COP29 öncəsi iqlim maliyyələşməsinin inkişafının dəstəklənməsinə yönəlmiş bir addımdır. Yaşıl layihələrin maliyyələşdirilməsi məqsədilə buraxılmış bu istiqrazlar, iqlim dəyişmələrinin mitiqasiyası üzrə tədbirləri dəstəkləməklə, dayanıqlı maliyyələşmənin və "yaşıl artım"ın təmin edilməsinə Bankımız tərəfindən töhfə verilməsini hədəfləyir. Yaşıl layihələr dedikdə, biz, qabaqcıl beynəlxalq standartlara uyğun olaraq, enerji səmərəliliyi, bərpa olunan enerji, təmiz nəqliyyat, dayanıqlı tikinti və digər layihələri nəzərdə tuturuq. Bu layihələrə maliyyələşmənin artırılması ətraf mühit, sosial və iqtisadi dayanıqlığın dəstəklənməsi baxımından zəruridir."

Unibank sədri qeyd edib ki, qabaqcıl beynəlxalq təcrübə və aparılmış araşdırma nəticələri dayanıqlı maliyyə prinsiplərinin və ESG faktorlarının maliyyə institutları tərəfindən biznes strategiyasına, korporativ idarəetmə və risklərin idarə edilməsi sistemlərinə inteqrasiyasının uzunmüddətli dövrə onların dayanıqlığının təmin edilməsi üçün zəruri olduğunu göstərir:
"Bu, bizim hazırda bu mövzuda requlyatorun da tövsiyələri nəzərə alınmaqla  formalaşdırdığımız dayanıqlı maliyyə yanaşmamızı dəstəkləyir. Dayanıqlı maliyyə yanaşmamızın əsas komponentlərindən biri məhz şəffaflığın və bütün maraqlı tərəflərə hesabatlılığın təqdim edilməsidir. Bununla bağlı, həm istiqrazlar vasitəsilə maliyyələşdirilən yaşıl layihələrin irəliləyişi və təsiri, həm də dayanıqlı maliyyə yanaşmamızın digər təşəbbüsləri üzrə şəffaflığını və hesabatlılığını təmin edəcəyik".
Beynəlxalq standartlara uyğun olaraq, yaşıl istiqraz kimi təsnifatlaşdırıla bilən bu qiymətli kağızlar, Astana Beynəlxalq Maliyyə Mərkəzinin müsbət rəyi ilə buraxılır. Qeyd edək ki, bir müddət öncə Unicapital İnvestisiya Şirkəti və Astana Beynəlxalq Maliyyə Mərkəzinin (AIFC) nəzdindəki "Yaşıl Maliyyə Mərkəzi" arasında Referal Saziş imzalanıb. 
Ekoloji təmiz gələcəyə yatırım etmək istəyən investorlar müraciət üçün linkə keçid edə bilərlər: 

İstiqrazlar həm fiziki, həm də hüquqi şəxslər tərəfindən əldə oluna bilər. Bu zaman fiziki şəxslər bütün komissiya xərclərindən və gəlir vergisindən azad edilirlər. Nominal qiymətin əlçatanlığı, kiçik həcmdə investisiya etmək istəyənlərin bankın yüksək gəlirli yatırım alətindən faydalanmasına imkan verir. Hərrac "Unicapital İnvestisiya Şirkəti" ASC-nin anderraytinq dəstəyi ilə Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə (nominal qiymətlə) həyata keçiriləcək.
Unibank Azərbaycan maliyyə bazarı üçün bir ilkə imza atıb/ marja.az

Banklar     Tarix: 22 oktyabr 2024

Oxşar xəbərlər

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır


iqtisadi xeberler pul qazanmaq avtomobil xeberleri bank faizleri bu gunun xeberleri