Unibank-ın yeni səhmlərini alan 7 investordan 3-nün adı və payları açıqlandı

Unibank-ın yeni səhmlərini alan 7 investordan 3-nün adı və payları açıqlandı29 dekabr 2022-ci il tarixlərində Bakı Fond Birjası vasitəsilə yerləşdirilmiş "Unibank Kommersiya Bankı" ASC-nin 6 milyon 800 min manatlıq yeni səhmlərini əldə etmiş 7 investordan 3-nün adı və aldıqları həcmlər açıqlanıb.
Marja.az xəbər verir ki, səhmlərin 6 milyon 397 min 190 manatlıq hissəsini Bankda ən böyük payla səhmdar olan Qəribov Eldar Mahmud oğlu əldə edib. Nəticədə Eldar Qəribovun "Unibank"ın nizamnamə kapitalındakı payı 86,6960%-dən 87,0320%-ə yüksəlib. 
Həmçinin, səhmlərin 202 min 164 manatlıq hissəsini Bankın mövcud səhmdarlarından olan Quliyev Emin Natiq oğlu əldə edib. Eyni zamanda, Emin Quliyev bağışlanma müqaviləsi əsasında 3 milyon 394 min 369 manatlıq səhmlər əldə edib. Əqdlərdən sonra Emin Quliyevin "Unibank"ın nizamnamə kapitalındakı payı 0,3592%-dən 2,7504%-ə yüksəlib.
Bunlardan başqa, yeni səhmlərin təxminən 20 min 639 manatlıq hissəsini Hüseynov Faiq Arif oğlu alıb. Əqd nəticəsində Faiq Hüseynovun "Unibank"ın nizamnamə kapitalındakı payı 0,2797%-dən 0,2808%-ə yüksəlib.
Qeyd edək ki, "Unibank" KB" ASC-nin nizamnamə kapitalı 149 milyon 386 min 357.60 manat təşkil edir, səhmlərin buraxılması və yerləşdirilməsi yolu ilə formalaşıb.
Hazırda "Unibank" KB ASC-nin səhmdarları sırasında Azərbaycan Respublikasının rezidenti olan 7 fiziki şəxs var (onlara məxsus səhmlərin nizamnamə kapitalındakı faiz nisbəti 92,5121% təşkil edir) və ən böyük (87,0320%) səhm zərfi Qəribov Eldar Mahmud oğluna məxsusdur.
31 MİLYON MANATLIQ KAPİTALLAŞMA PROSESİ
Xəbər verdiyimiz kimi, "Unibank" 2022-ci il ərzində nəzərdə tutulan kapitallaşma prosesini uğurla başa çatdırıb. Bank kapitallaşmanı nəzərdə tutulan proqrama uyğun, investisiya qiymətli kağızlarının həm səhm, həm də subordinasiya borcu olan istiqraz buraxılışı formasında həyata keçirərək, Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəticəsində kapitalını ümumilikdə 31 milyon manata yaxın artırıb. Hər iki komponent üzrə nəzərdə tutulan kapital artımı il ərzində mərhələli şəkildə həyata keçirilib və 2022-ci ilin sonunda yekunlaşıb.
Kapitallaşma prosesinin başa çatması nəticəsində bankın təkcə nizamnamə kapitalı 19 milyon manata yaxın artaraq, 149 386 358 AZN təşkil edir. Bank tərəfindən investisiya qiymətli kağızı olan istiqrazların buraxılışı ilə reallaşan ikinci komponent üzrə kapital artımı isə 12 milyon 200 min manat olub.
"Kapitallaşmanın artırılması bankın uğurlu inkişafını dəstəkləmək, innovativ bankçılıq həllərinin tətbiqində liderliyi qorumaq, sahibkarlıq subyektlərinin maliyyələşmə imkanlarını artırmaq və müştərilərə yeni rəqəmsal məhsul və xidmətlərin təqdim edilməsinə xidmət edir", - "Unibank" açıqlamasında bildirmişdi. 
HƏMÇİNİN OXU:
Unibank-ın yeni səhmlərini alan 7 investordan 3-nün adı və payları açıqlandıUnibank-ın yeni səhmlərini alan 7 investordan 3-nün adı və payları açıqlandıUnibank-ın yeni səhmlərini alan 7 investordan 3-nün adı və payları açıqlandı

Banklar     Tarix: 19 yanvar 2023

Oxşar xəbərlər

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət


iqtisadi xeberler dollar manat kursu pul qazanmaq bitcoin birbank