Unibank IV Vergi və Mühasibatlıq Zirvəsinə dəstək verib
Unibank ölkəmizdə daha bir mühüm tədbirə dəstək olub. IV Vergi və Mühasibatlıq Zirvəsinin əsas dəstəkçiləri siyahısında Unibank da var. "Facemark" və "Good Finance" şirkətlərinin birgə təşkilatçılığı ilə keçirilən tədbir artıq dördüncü ildir ki, maliyyə, vergi və mühasibatlıq sahəsində fəaliyyət göstərən peşəkarlar üçün mühüm platforma rolunu oynayır.
"Bahalı səhvlər" konsepti ilə təşkil olunan zirvə çərçivəsində sürətlə dəyişən qanunvericilik, maliyyə və vergi riskləri, eləcə də bizneslər üçün ciddi nəticələrə səbəb ola biləcək praktiki səhvlər geniş müzakirə olunub. Tədbirdə dövlət qurumlarının nümayəndələri, maliyyə mütəxəssisləri, sahibkarlar və akademik ictimaiyyət iştirak edərək aktual çağırışlar və onların həlli yolları ətrafında fikir mübadiləsi aparıblar.
Zirvə çərçivəsində keçirilən panellərdə maliyyə risklərinin idarə olunması, əmək münasibətlərində uçot məsələləri və vergi riskləri kimi mövzular ekspertlər tərəfindən real təcrübələr əsasında təqdim edilib.
500-dən çox iştirakçını bir araya gətirən tədbir ölkədə maliyyə savadlılığının artırılmasına, biznes mühitində risklərin daha effektiv idarə olunmasına və ümumilikdə iqtisadi inkişafın dəstəklənməsinə mühüm töhfə verir. "Unibank"ın bu kimi təşəbbüslərə verdiyi dəstək isə dayanıqlı və şəffaf biznes mühitinin formalaşmasına xidmət edir.
Unibank- Sənin Bankın! / banker.az

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Whatsapp biznesin üstünlükləri nələrdir?
Biznes qurmaq üçün nə lazımdır?
İban nədir?
ƏDV geri al və onun üstünlükləri
Cash Back nədir?