Unibank kredit kartını yenilədi: Kredit xətti 30 min manat, güzəşt müddəti 72 gün
(®) Unibank UCard kart məhsulunu yeni və daha sərfəli şərtlərlə təqdim edir. Yeni şərtlərə əsasən, UCard üzrə kredit xətti 30 000 manatadək artırılıb, güzəşt müddəti isə 72 günədək uzadılıb.
Yenilənmiş UCard kredit kartı müştərilərə gündəlik xərclərini daha rahat idarə etmək və maliyyə vəsaitlərindən daha çevik istifadə etmək imkanı yaradır. Cari ay ərzində istifadə edilən məbləğ üzrə borcu faiz hesablanmadan ödəmək üçün kart sahiblərinə 72 günədək vaxt verilir.
UCard istifadəçiləri üçün digər üstünlüklərdən biri də geniş taksit imkanlarıdır. Kart sahibləri 100-dən çox partnyor şəbəkəsində indi 24 ayadək taksitlə alış-veriş edə bilərlər. Partnyorların siyahısı və kampaniya şərtləri ilə "Unibank"ın rəsmi saytının "Partnyorlar" bölməsində tanış olmaq mümkündür.
Kredit kartından daha rahat və effektiv istifadə üçün müştərilər UBank mobil tətbiqindən yararlana bilərlər. Tətbiq vasitəsilə kredit limiti, istifadə olunmuş məbləğ, minimal ödəniş, ödəniş tarixləri və taksit ödənişləri barədə məlumatları operativ izləmək mümkündür.
Yenilənmiş UCard haqqında ətraflı məlumatı "Unibank"ın rəsmi saytından () və bankın xidmət şəbəkəsindən əldə etmək olar. / marja.az

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
SMM nə deməkdir?
Dünyanın ən zəngin idmançıları
Bill Qeyts kimdir?