Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib
Unibank KB 16–22 mart tarixlərini əhatə edən "Qlobal Pul Həftəsi" (Global Money Week) münasibətilə məktəblilər üçün maarifləndirici tədbir təşkil edib. Tədbirin məqsədi gənc nəslə maliyyə savadlılığının əhəmiyyətini aşılamaq, pulun düzgün idarə olunması və qənaət vərdişlərinin erkən yaşlardan formalaşdırılmasına töhfə vermək olub.
Məktəblilər tədbir zamanı bankın İdarə Heyətinin sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirovla da görüşüblər. O, çıxışında "Qlobal Pul Həftəsi"nin əhəmiyyətini vurğulayaraq, maliyyə savadlılığının erkən yaşlardan formalaşmasının vacibliyini qeyd edib. Bank rəhbəri bildirib ki, bu cür tədbirlər gələcəkdə maliyyə baxımından savadlı, məsuliyyətli və uğurlu vətəndaşların formalaşmasına xidmət edir.
Tədbirin davamında iştirakçılar üçün maliyyə savadlılığı mövzusunda interaktiv təlim keçirilib. Təlim zamanı məktəblilərə pulla düzgün davranış qaydaları, gündəlik xərclərin idarə olunması, qənaət vərdişləri və maliyyə planlaşdırmasının əsasları izah edilib. Eyni zamanda uşaqlar mövzu ilə bağlı müxtəlif tapşırıqlar yerinə yetirərək öyrəndiklərini praktik şəkildə tətbiq etmək imkanı qazanıblar. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Tədbir çərçivəsində məktəblilər bankın müxtəlif departamentləri və filialın fəaliyyəti ilə yaxından tanış olublar.


/ banker.az

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
SWIFT nədir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Onlayn biznes ideyaları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Evdə biznes qurmağın yolları