Unibank Şirvanda yeni filialını açıb
Azərbaycanın aparıcı banklarından olan Unibank KB ASC bölgələrdə müştərilərə daha yaxın olmaq və onlara keyfiyyətli maliyyə xidmətləri təqdim etmək məqsədilə daha bir filialını müştərilərin istifadəsinə verib.
Yeni filial Şirvan və ətraf rayonların sakinləri, eləcə də sahibkarlar üçün bütün əsas bank xidmətlərini təqdim edir. Burada müştərilərə kassa-hesablaşma əməliyyatları, biznes və pərakəndə kreditlərin verilməsi, əmanətlərin yerləşdirilməsi, plastik kartların buraxılması, nağd valyuta əməliyyatları və digər bank xidmətləri göstərilir.
Filial yeni konsept əsasında qurulub və yüksək xidmət standartları ilə fəaliyyət göstərir. Müştərilərin rahatlığı üçün filialın qarşısında 24/7 rejimində çalışan UTM və ödəmə terminalları quraşdırılıb. Bu avadanlıqlar vasitəsilə günün istənilən vaxtı mədaxil-məxaric əməliyyatlarını, ödənişləri və digər bank xidmətlərini sürətli və rahat şəkildə həyata keçirmək mümkündür.
"Unibank"ın "Şirvan" filialı həftənin 5 günü müştərilərə xidmət edir.
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə müştərilərin xidmətindədir. "Unibank"ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 18:00-dək fəaliyyət göstərir. Bəzi filiallar isə həftənin şənbə günü də saat 10.00-dan 15.00-dək müştərilərin xidmətindədir.
Unibank – Sənin Bankın!

/ banker.az

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
IMEI kod nədir?
Bitcoin nədir?
İnstaqramda biznes qurmağın yolları
Onlayn biznes ideyaları
Cash Back nədir?