Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib®Unibank KB və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birgə təşkilatçılığı ilə Ticarətin Sürətləndirilməsi Proqramı çərçivəsində "Xarici Ticarətin Maliyyələşdirilməsi" mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirin əsas məqsədi xarici ticarətlə məşğul olan və bu istiqamətdə fəaliyyətini genişləndirməyi planlaşdıran yerli biznes nümayəndələrini ticarətin maliyyələşdirilməsi üzrə mövcud imkanlar, müasir maliyyə alətləri və beynəlxalq təcrübə ilə daha yaxından tanış etmək olub.
Tədbirin açılışında Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nataly Mouravidze və "Unibank"ın Baş Biznes İnzibatçısı Tahir Qəribov iştirakçıları salamlayaraq, tərəflər arasında əməkdaşlıq, biznes sektorunun maliyyələşdirilməsi və ticarətin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüş zamanı ticarət əməliyyatlarının maliyyələşdirilməsi, bizneslərin beynəlxalq bazarlara çıxışı, ticarətin maliyyələşdirilməsi alətləri və bu prosesdə bankların rolu ətrafında müzakirələr aparılıb. Mərkəzi Bank tərəfindən müvafiq sahə ilə bağlı qanunvericilikdə edilən dəyişikliklər, ABA tərəfindən həyata keçirilən tədbirlər barədə sahibkarlara məlumat verilib. Sahə üzrə ekspertlər beynəlxalq təcrübəni iştirakçılarla bölüşüb, biznes nümayəndələrinin sualları cavablandırılıb.
Tədbir çərçivəsində iştirakçılara "Unibank"ın ticarətin maliyyələşdirilməsi sahəsində biznes müştərilər üçün təqdim etdiyi imkanlar və yeniliklər barədə məlumat verilib, bankın bu istiqamətdə qarşıdakı hədəfləri bölüşülüb. Vurğulanıb ki, Unibank üçün korporativ müştərilərlə uzunmüddətli və dayanıqlı əməkdaşlığın inkişaf etdirilməsi, onların maliyyə ehtiyaclarına uyğun həllərin təqdim olunması və beynəlxalq ticarət imkanlarından daha effektiv istifadə etmələrinə dəstək göstərilməsi prioritet istiqamətlərdəndir.
AYIB ilə birgə keçirilən bu kimi tədbirlər biznes nümayəndələrinin xarici ticarətin maliyyələşdirilməsi sahəsində biliklərinin artırılmasına, beynəlxalq təcrübə ilə tanışlığına və yeni əməkdaşlıq imkanlarının formalaşmasına xidmət edir.
Tədbirdə Unibank müştərisi olan 70-ə yaxın sahibkar iştirak edib.
Unibank haqqında: Unibank Azərbaycanın aparıcı özəl banklarından olmaqla, ölkənin sistem əhəmiyyətli maliyyə institutlarından biridir. 1992-ci ildə fəaliyyətə başlayan bank pərakəndə, korporativ və investisiya bankçılığı sahələrində geniş xidmətlər təqdim edir. Unibank Azərbaycanda rəqəmsal innovasiyaların öncüllərindən biri olub və 2021-ci ildə ölkənin ilk tam mobil bank əlavəsi olan Leobank-ı istifadəyə verib. Bank haqqında daha ətraflı:
AYİB haqqında: AYİB üç qitədə 40 ölkədə özəl sektorun və sahibkarlıq təşəbbüslərinin inkişafını təşviq edən çoxtərəfli bankdır. Bank 77 ölkəyə, həmçinin Avropa İttifaqına və Avropa İnvestisiya Bankına məxsusdur. Ətraflı məlumat: www.ebrd.com
Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçiribUnibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçiribUnibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçiribUnibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib/ banker.az

Banklar     Tarix: 12 oktyabr 2026

Oxşar xəbərlər

100 min manatadək girovsuz kredit – Cəmi 2 saata ®

PAŞA Bank kiçik və orta biznes (KOB) müştəriləri üçün yeni "Çevik Kredit" məhsulunu istifadəyə verib. Yeni məhsul sahibkarlara banka gəlmədən, tam onlayn şəkildə kredit əldə etmək imkanı yaradır. "Çevik Kredit"

Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində

Xalq Bankın təqdim etdiyi "Xalq Əmanəti" layihəsinin 27-ci nəşri Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Azərbaycan SSR Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, ik

"Azər-Türk Bank"da Müşahidə Şurasının tərkibi dəyişə bilər

"Azər-Türk Bank" ASC-nin səhmdarlarının noyabrın 23-nə planlaşdırılan növbəti ümumi yığıncağı dekabrın 24-nə keçirilib. Yığıncağın gündəliyinə bankın Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi daxildir. xəbə

Günay Cəlilova: "QR ödənişlər biznes üçün yeni imkanlar yaradır"

Kiçik və orta biznes üçün QR kimi yeni ödəniş üsulları pulun daha tez daxil olmasına və xərcin azalmasına imkan verir. GDP xəbər verir ki, bunu Yelo Bankın İdarə Heyəti sədrinin müavini Günay Cəlilova "Etibarlı, təhlükəsi

Azərbaycanda gənc sahibkarların 1,5 milyard dollarlıq kredit potensialı var – AYİB

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Bakıda maliyyə institutlarının nümayəndələrinin, gənc sahibkarların və beynəlxalq maliyyə tərəfdaşlarının iştirakı ilə keçirilən tədbirdə "Biznesdə Gənclər" proqramını

Azər Türk Bank "atb friday" kampaniyasına start verdi

Dövlət bankı Azər Türk Bank "atb friday" kampaniyasına başlayır. Kampaniya çərçivəsində atb-də aktiv krediti olmayan fiziki şəxslərə 80 00 manatadək komissiyasız istehlak kreditləri təklif olunur. 12 ayadək müddət

49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı artmaqdadır. Bölgələrdə fəaliyyət göstərərək aqrar sığortanın xidmətindən istifadə edən daha bir fermeri

Azərbaycanda banklara nəzarət sistemi dəyişir – Mərkəzi Bank yeni risklərə fokuslanır

"Biz 2027-ci ilə yeni texnoloji reallıqlarla daxil oluruq. Sürətli rəqəmsallaşma, açıq bankçılığın inkişafı və süni intellektin geniş tətbiqi, maliyyə bazarlarında "oyun qaydalarını" köklü şəkildə dəyişdirir

"PAŞA Həyat Sığorta"da növbədənkənar yığıncaq keçiriləcək

"PAŞA Həyat Sığorta" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. şirkətin elanına istinadən xəbər verir ki, yığıncaq 28 dekabr 2026-cı il tarixində, saat 10:00-da "PAŞA Həyat Sığorta"


iqtisadi xeberler iqtisadiyyat xeberleri dollar manat kursu biznes ideyalari depozit faizleri