Unibankda onlayn biznes hesabını şəhadətnamə dublikatsız açmaq olar
(®) İndi biznes sahibləri üçün "Unibank"da onlayn hesab açmaq daha asan olub.
Artıq biznes sahibləri hesab açmazdan əvvəl şəhadətnamə-dublikatları sifariş etməyəcək və dublikatın banka çatması üçün gözləməyəcəklər. Fərdi sahibkarlar və hüquqi şəxslər cəmi 3 dəqiqəyə hesab.unibank.az saytında onlayn hesab aça biləcəklər. Sahibkar sadəcə sayta daxil olub razılıq ərizəsini imzalayır və hesab açmaq üçün müştərinin təqdim etməli olduğu bütün sənədləri onun əvəzinə bank bazadan sorğulayıb əldə edir. Prodesur bank tərəfindən yekunlaşdırdıqdan sonra, hesablar dərhal və avtomatik olaraq açılır.
Onlayn hesab açılışında edilən yenilik biznes sahibinə bir çox üstünlüklər verir:
Rahatdır və vaxt itkisinin qarşısını alır;
Sistem müştərinin qarşısına yalnız özünə aid olan fəaliyyət növlərinin siyahısını çıxararaq, seçimini asanlaşdırır;
Müştəri filial gəlmədiyi üçün vaxtına qənaət edir və lazımi sənədləri əldə etmək aidiyyatı qurumlara rüsum ödənişlərindən azad olur;
Onlayn hesabın açılması prosesini istənilən yerdən icra edə bilir;
Hesab açıldıqdan sonra sahibkar dərhal UBusiness tətbiqinə və İnternet Bankinqə giriş imkanı əldə edə, əməliyyat apara bilir.
Edilən yeniliklərdən sonra biznes sahibləri onlayn hesabları dublikatsız, vaxt itirmədən, əlavə xərc çəkmədən, dərhal açmaqla yanaşı, daha asan və anlaşıqlı platformadan istifadə imkanı qazanırlar.
Elə indi onlayn biznes hesabınızı () çox rahatlıqla açın!
"Unibank"ın digər biznes məhsul və xidmətlərindən filiallarda istifadə etmək istəsəniz, həftəiçi saat 09.00-dan 17.00-dək "Qara Qarayev", 16 saylı, "Dərnəgül", "Yasamal", "Nərimanov", "Neftçilər", "Əhmədli", "Əcəmi" filiallar və "Unibank- biznes mərkəzi", eləcə də "Unibank"ın bölgə filialları xidmətinizdədir. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından () əldə etmək olar.
Unibank- Sənin Bankın! / marja.az

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Ən çox gəlir gətirən onlayn bizneslər
Biznes planı necə yazmaq lazımdır?
Biznesə aid ən yaxşı 10 kitab
ƏDV geri al və onun üstünlükləri