"Unibank"ın səhmləri Bakı Fond Birjasında listinqə daxil edildi
8 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Unibank Kommersiya Bankı" ASC ümumi dəyəri 6,800,000 (altı milyon səkkiz yüz min) manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilmişdir.
Banker.az bu barədə BFB-yə istinadən xəbər verir.
Qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter "Unicapital İnvestisiya Şirkəti" ASC-dir.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində "Emitentlərin hesabatlılığı" () bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN
İstiqrazların növü və forması
İstiqrazların sayı
Nominal Dəyəri
Yerləşdirmə forması
Anderrayter
AZ1003002024
Adi adlı sənədsiz səhm
2,500,000
(ədəd)
2.72
manat
Abunə yazılışı üsulu
"Unicapital İnvestisiya Şirkəti" ASC
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının "Üzvlər" () bölməsində yerləşdirilmişdir.

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Dünyada ən çox oxunan 5 kitab
Start-up nədir?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Dünyanın ən varlı 10 müğənnisi