"Unibank"ın səhmləri Bakı Fond Birjasında listinqə daxil edilib
8 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Unibank Kommersiya Bankı" ASC ümumi dəyəri 6,8 milyon manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilib.
Bu barədə Marja-ya Birjadan bildirilib.
Adi adlı sənədsiz səhmlərin sayı 2,5 milyon ədəd, hər birinin nominal dəyəri 2,72 manatdır.
Qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter "Unicapital İnvestisiya Şirkəti" ASC-dir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
HƏMÇİNİN OXU: Unibankdan 29 milyonluq kapital artımı ilə bağlı növbəti səhm buraxılışı
/ marja.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Dünyada ən çox oxunan 5 kitab
Start-up nədir?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Dünyanın ən varlı 10 müğənnisi