Vərdişi dəyişməyin vaxtıdır

Vərdişi dəyişməyin vaxtıdırAzərbaycan Mərkəzi Bankı 2023-cü ilin üçüncü iclasını da sərt və şahin tonlarla bazara siqnal verdi və növbəti iclaslar üçün də faizlərin artımı üçün "qapını açıq" saxladı. Faiz dəhlizinin aşağı həddi 0.5 faiz bəndi artırılaraq 7.5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0.25 faiz bəndi artırılaraq 10%-ə qaldırıb.
Banker.az xəbər verir ki, uçot faiz dərəcəsi 8.75%-dən 9.00%-ə qaldırıldı. Mərkəzi Bankın İdarə Heyəti qərarı daxili və xarici mühitdə inflyasiya proseslərinə təsir göstərən amillərin dəyişimi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla verdiyi məlum oldu. Yeri gəlmişkən, Banker.az-ın analitikləri3 gün öncəki yazıda da inflyasiyanın pik həddən aşağı olsa da, bir AMB-nin hədəf çərçivəsindən xeyli uzaq olduğunu əsas gətirməklə faizlərin potensial 25 baza bəndi artırlacağını ehtimal etmişdi.
Beləliklə, uçot faiz dərəcəsini son 7 ayda 125 baza bəndi artırmış oldu. Bir xatırlatma edərək bunu bildirək ki, ABŞ Federal Ehtiyat Sistemi uçot faiz dərəcəsini ABŞ-dəki 40 illik inflyasiyanı cilovlamaq üçün 0.25-dən 5.00%-ə qaldırıb və bu gün isə daha 25 baza artımı ilə 5.25%-ə çatdıracağı proqnoz edilir. Beləliklə, 500 baza (5 faiz) bəndi artırmış oldu.
Mərkəzi Bank uçot faiz dərəcəsini 2022-ci ilin sentyabrından işə salıb. Burada bir diqqət çəkən məqam o oldu ki, AMB uçot faiz dərəcəsinin aşağı həddini gözləniləndən daha çox – 50 baza bəndi qaldırdı. Sentyabrda aşağı həddi 6.25%-dən 4.00%-ə endirmişdi ki, "rahat" sterliasiyanı həyata keçirsin. AMB-nin uçot faiz dərəcəsi siyasətinin məqsədi ölkədə istər daxili, istərsə də xarici səbəblərdən inflyasiyanı azaltmaqdır. Azərbaycana inflyasiya mart ayında 13.6% təşkil edib. Bu requlyatorun 2-4% arasındakı hədəf çərçivəsinə çox uzaqdır.
AMB hesab edir ki, inflyasiya  cari ildə 8% ilə tamamlanacaq. Bu,  indiki şərait nəzərə alınmaqla verilir.  İstənilən halda, AMB buna işarə edir ki, 2025-ci ilə qədər "gözdə-qulaqda" olmalıyıq. Yalnız 2025-ci ildə inflyasiya hədəflənən səviyyəyə qayıdacaq. Digər tərəfdən əsas amil odur ki, ölkə iqtisadiyyatdakı və onun inflyasiyası xarici amillərdən çox aslıdır.
Vərdişi dəyişməyin vaxtıdırAMB-nin gələcəklə bağlı vacib siqnalları:
Mərkəzi Bank ölkədə ilin sonuna 8%-lik qiymət artımlarının olacağı fikrində qalır.
Mərkəzi Bank pul siyasəti ilə bağlı növbəti qərarlarını faktiki və gözlənilən inflyasiyanın dinamikasının hədəfdən yayınma səviyyəsi, daxili və xarici inflyasiya risklərini nəzərə almaqla qəbul edəcəkdir. İnflyasiya mühitindəki risklərə reaksiya olaraq Mərkəzi Bank monetar şərait vasitəsilə inflyasiyanı bundan sonra da məhdudlaşdırmağa çalışacaq.
İnflyasiyanı artıran faktorlar bundan sonra da sıx monitorinq ediləcək.
İllik inflyasiya göstəriciləri və proqnozlarının davamlı olaraq azalması halında əvvəlcə pul siyasətinin sərtləşdirilməsi üzrə pauza götürüləcək,  sonra isə onun normallaşdırılması, yəni azaldılması imkanları nəzərdən keçiriləcək.
Növbəti faiz qərarı 2023-cü il iyun ayının 21-də açıqlanacaq.
"DAVRANIŞI DƏYİŞDİRMƏK VAXT ALIR"
Taleh Kazımov, hansı ki bir ildir Mərkəzi Bankın sədri postunda əyləşib – uçot faiz dərəcəsinin iqtisadiyyata təsirinin aşağı olduğunu və "qeyri-qənaətbəxş"  olduğunu hesab edir. AMB uçot faiz dərəcəsini 2022-ci ilin sentyabrından işə salmaq üçün dəyişiklərə gedib ki, bu artıq həqiqətən bazarda təsirli alət olsun. Baş bankir bunun "bir günün, altı ayın işi" olmadığını və "30 il ərzində bazar iştirakçılarının hansısa davranışa öyrəşdiyini" deyir.
AMB sədri  etiraf edir ki, uçot faiz dərəcəsinin  ölkənin iqtisadi artımı və ya azalmasına birbaşa təsiri yoxdur, lakin bununla banklararası faizlərə təsiri olduğunu bildirir. "İstəyimiz odur ki, manatın gəlir əyriliyi formalaşsın ki, bazar iştirakçıları, fərdi insanlar, bizneslər artıq o gəlir əyriliyinə istinad edərək yığım, investisiya və borclanmanı həmin faizlərə istinad etsin". Bildirir ki, "gəlir əyriliyi artıq formalaşmalıdır".
Bununla belə jurnalistlərin "Azərbaycanın iqtisadiyyatında 0.4%-lik" artımı şəraitində AMB-nin pauza verə biləcəyi ehtimalına bildirir ki, bütövlükdə ilin sonuna "iqtisadi artım" gözlənilir. Söhbət burada AMB-nin özü tərəfindən verilən proqnozdan gedir. AMB tərəfi iqtisadi artım və əmək bazarı ilə bağlı hər hansısa azalmanın olmadığını deyir.
Bildirək ki, 30.04.2023-cü il tarixinə AMB-nin valyuta ehtiyatları 9 mlrd. 189 milyon dollara çatıb. Bu da valyuta ehtiyatları son bir ayda xarici valyuta ehtiyatlarını 56 milyon dollar (+0.62%),  son bir ildə isə 2 milyard 103 milyon dollar (29.5%) artırmış olub. AMB-sədri valyuta ehtiyatlarının artmasını invetisiya portfelinin idarəedilməsindən daxil olduğunu, valyuta bazarına hansısa intervensiya olmadığını diqqətə çatdırdı.
İntervensiya nə deməkdir? Məsələn, valyuta hərraclarında təklif  tələbi üstələyirsə, bu zaman mərkəzi bank valyutanın məzənnəsinə təsir etmək kimi, təklif tərəfə milli valyutanı satıb, xarici valyutanı alır.
Azərbaycanda 2023-cü ilin 4 ayında valyuta hərraclarının 97%-də təklif tələbi üstələyib. Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməkdə davam etməsi inflyasiyanın xarici amillərinə azaldıcı təsir edir. Manatın nominal effektiv məzənnəsi 2022-ci ildə 8.4%,  2023-cü ilin 4 ayında 4.8% möhkəmlənib.
BƏZİ BANKLARIN MALİYYƏ GÖSTƏRİCİLƏRİNDƏ ÇAĞRIŞLAR VAR
T.Kazımov, ABŞ-dakı maliyyə böhranı ilə bağlı bildirir ki, "JP Morgan"ın böhranla üzləşən "FirstRepublicBank"ı alması risklərin bir daha yüksək qalmasını təsdiq edir və qlobal miqyasda baş verənlər investor və əmanətçilərin maliyyə sisteminə olan inamına təsir. Maliyyə vasitəçiliyinin məhdudlaşdırmasına səbəb olur. Bu da dünya iqtisadiyyatının durğunluğuna səbəb ola bilər.Lakin bu hadisələrin  Azərbaycana hər hansısa neqativ təsiri müşahidə edilmir.
Bununla belə, Mərkəzi Bankın sədri bankların maliyyə göstəricilərində çağırışlar oldğunu bildirdi.
"Biz onlar ilə çox sıx çalışırıq. Sevindirici məsələ ondan ibarətdir ki, çağırışlar olan banklar sistem əhəmiyyətli deyil. Qeyd etdiyim kimi, onlar ilə çalışırıq və ümidvaram ki, bundan sonra bizim maliyyə sektorumuz dayanıqlılıq nöqteyi-nəzərdən güclənəcək",- deyə, baş bankir əlavə edir.
Taleh Kazımov "maliyyə sektorunun durumunu çox qənaətbəxş qəbul edirəm"deyib və əlavə edib:
"Tənzimləyici qurumun rəhbəri olaraq maliyyə sektorunun durumunu çox qənaətbəxş qəbul edirəm. Sektor üçün əsas risklər – kredit riski və əməliyyat riskidir. Kredit portfelinin keyfiyyəti qənaətbəxşdir. Bankların əksəriyyəti pərakəndə bankçılıqla fəaliyyət göstərir. Qeyri-işlək kreditlərin portfeldə xüsusi çəkisi cəmi 3.7%-dir. İqtisadiyyatımızın durumu nöqteyi-nəzərdən maliyyə sektorumuz çox güclüdür. Siz soruşsanız ki, "maliyyə sektorunun durumundan razısınız?", sözsüz ki, "yox". Qarşıya qoyduğumuz islahatlardan irəli gəlir ki, bizim maliyyə sektorumuzun iqtisadi inkişafda rolu artsın, onlar həm risklərin idarə edilməsi sahəsində, həm korporativ idarəetmə sahəsində qabaqcıl təcrübələri tətbiq etməyə başlasınlar, bununla öz maliyyə dayanıqlıqlarını gücləndirsinlər. Əsasən, istəyimiz odur ki, əhalinin əmanətləri, onların hüquqları müdafiə olunsun və iqtisadi inkişafa dəstək olsunlar".

Banklar     Tarix: 03 may 2023

Oxşar xəbərlər

TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC, beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərə və formalaşdırdığı səmərəli əməkdaşlıq münasibətlərinə görə növbəti nüfuzlu beynəlxalq mükafata layiq görülüb

"Kapital Bank"ın səhmdarlarının sturkturunda dəyişiklik olub

"Kapital Bank" ASC-nin səhmdar strukturunda dəyişiklik baş verib. Bankın iri səhm paketi "PAŞA Holding" MMC-dən "Bir Ekosistem" MMC-yə ötürülüb. xəbər verir ki, "Bir Ekosistem" MM

"Kapital Bank"ın işçi sayı 6 minə yaxınlaşıb

"Kapital Bank" ASC 2026-cı ilin ilk yarısı üzrə işçi heyətinin rüblük dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin yanvarın 1-nə olan məlumata görə bankda

"Sizin Lombard" ödənişləri "M10"-da ®

Sizin Lombard müştərilərinin Lombard krediti ödəniş prosesini daha rahat və operativ etmək məqsədilə yeni ödəniş imkanını istifadəyə verib. Artıq müştərilər kredit ödənişlərini M10 vasitəsilə, evdən çıxmadan, rahat həyat

Azərbaycanda ən az əmanət qoyulan bank - MƏLUM OLDU

Azərbaycanda fiziki şəxslərin ən az depoziti olduğu bank məlum olub. Əhalinin əmanətlərini ən çox - Artırdığı banklar. biznes və maliyyə xəbərləri portalının ölkə bankları üzrə tərtib etdiyi fiziki şəxslərin depozitlərini

Bankın müştərilərinin şəxsi məlumatları oğurlanıb

Onlayn bank xidmətləri göstərən Böyük Britaniyanın "Revolut" şirkətinin müştərilərinin fərdi məlumatları dövlət qurumları kimi təqdim edən dələduzlar tərəfindən oğurlanıb. Bu barədə "Reuters" agentliy

BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) biznes kreditləri verməsi daha çox təşviq ediləcək. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor

Bank of Baku subordinasiya istiqrazları buraxmağa hazırlaşır – səhmdarlar növbədənkənar toplanır

"Bank of Baku" ASC subordinasiya borc öhdəlikləri kimi istiqrazların emissiyasını müzakirəyə çıxarır. xəbər verir ki, bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı 18 sentyabr 2026-cı il tarixində, saat 10:00-d

Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar

Azərbaycanın turizm xidmətləri üzrə dövriyyəsi 2026-cı ilin ilk altı ayında illik müqayisədə 14,7% azalaraq 1,4 milyard dollar təşkil edib. Buna baxmayaraq, ölkənin turizm xidmətləri üzrə gəlirləri xərclərini üstələyib v


iqtisadi xeberler biznes ideyalari leobank kart avtomobil xeberleri dollarin kursu bu gun