Vətəndaşlar ödənişsiz şəkildə öz kredit tarixçələrini nəzərdən keçirə bilərlər
Mərkəzi Bankın sərəncamında olan Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemində (MKRS) vətəndaşların onlara aid məlumatlara çıxış imkanlarının təşkil edilməsi məqsədilə Mərkəzi Bankın Elektron Xidmətlər Portalında müvafiq funksionallıq yaradılmış və cari ilin 10 yanvar tarixindən istifadəyə verilmişdir.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, vətəndaşlar istənilən vaxt Elektron Xidmətlər Portalında yeni yaradılmış səhifəyə () "ASAN Login" vasitəsilə daxil olaraq ödənişsiz şəkildə öz kredit tarixçələrini nəzərdən keçirə bilərlər.
"Ölkədə əhalinin və biznes subyektlərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması və yeni maliyyə alətlərindən geniş istifadənin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən bu sahədə tədbirlərin davamlı olaraq həyata keçirilməsi planlaşdırılır",- Mərkəzi Bank bildirir.

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Fond birjası nədir?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Biznes qurmaq istəyənlərə 10 məsləhət