"Visa" Çinin daxili ödəniş bazarına giriş üçün ilkin icazə alıb
ABŞ ödəniş texnologiyaları şirkəti "Visa" Çin Xalq Bankından ölkədə bank kartları üzrə klirinq qurumu yaratmaq üçün hazırlıqlara başlamaq icazəsi alıb. Şirkətin oktyabrın 13-də açıqladığı qərar dünyanın ən böyük ödəniş bazarlarından birində daxili əməliyyatlara başlamaq istiqamətində ilk mərhələdir.
Banker.az "Reuters"ə istinadən xəbər verir ki, "Visa" hazırlıq işlərini bir il ərzində tamamlamalıdır. Bundan sonra şirkət fəaliyyətə başlamaq üçün müraciət edə biləcək. Müraciət Çin Xalq Bankı və ölkənin maliyyə tənzimləyicisi tərəfindən təsdiqlənərsə, bank kartları üzrə klirinq lisenziyası veriləcək.
Klirinq xidməti kartla ödənişlər zamanı banklar arasında hesablaşmaların təşkilini nəzərdə tutur. Hazırkı qərar hazırlıq mərhələsini əhatə edir; "Visa"nın Çində daxili əməliyyatlara başlaması üçün lisenziyalaşdırma prosesinin tamamlanması tələb olunur. Şirkət fəaliyyətə başlayacağı tarixi açıqlamayıb.
"Visa"nın baş icraçı direktoru Rayan Makinerney icazəni şirkətin Çin bazarı ilə bağlı uzunmüddətli planlarında əhəmiyyətli irəliləyiş adlandırıb. O bildirib ki, şirkət 40 ildən artıqdır Çinin ödəniş sektorunda iştirak edir və yerli fəaliyyətə başlamaq üçün tənzimləyicinin tələblərinə uyğun növbəti addımları atacaq.
Çinin kart ödənişləri bazarında dövlətin nəzarətində olan "China UnionPay" üstün mövqeyə malikdir. ABŞ ödəniş şirkətləri "Mastercard" və "American Express" isə artıq yerli tərəfdaşlarla birgə müəssisələr vasitəsilə ölkədə daxili klirinq xidmətləri göstərirlər.
ABŞ maliyyə nəşri "The Wall Street Journal"ın rəsmi məlumatlara istinadən yazdığına görə, 2026-cı ilin ikinci rübünün sonuna Çində buraxılmış bank kartlarının ümumi sayı 10,27 milyard olub. "Visa"nın bu bazarda fəaliyyətə başlaması əlavə tənzimləyici təsdiqlərdən asılı olacaq.

"PAŞA Həyat Sığorta"da növbədənkənar yığıncaq keçiriləcək
"Standard Chartered"in satın aldığı kriptovalyuta şirkəti kiberhücuma məruz qalıb, müştəri məlumatları sızdırılıb
Rabitəbankdan möhtəşəm "Green Friday" fürsəti 5 gün alış-veriş, 18 ay komissiyasız taksit
"Azər-Türk Bank"da Müşahidə Şurasının tərkibi dəyişə bilər
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır
Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu
Yelo Bank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
Unibank məktəblilər üçün növbəti maliyyə savadlılığı təlimi keçirib
Az pulla hansı işi qurmaq olar?
Françayzinq nədir və necə olur?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Dünyanın ən dəyərli avtomobil şirkətləri
CV-nin tərtib edilməsi prinsipləri