VTB (Azərbaycan) ABA tərəfindən mükafatlandırılıb
®VTB (Azerbaijan) Azərbaycan Banklar Assosiasiyası tərəfindən keçirilən "Bankçılıq mükafatları – 2025" mükafatının beş nominasiya üzrə mükafatlandırılıb.
Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən həyata keçirilən "Bankçılıq Mükafatları – 2025" təşəbbüsü çərçivəsində bank sektorunda müxtəlif istiqamətlər üzrə təltif edilməsi prosesi sona çatıb. ABA-ya üzv təşkilatların fəaliyyətinin obyektiv və hərtərəfli dəyərləndirilməsi məqsədilə təşkil olunan bu proses çərçivəsində kommersiya banklarının fəaliyyəti, xüsusilə korporativ sosial məsuliyyət, maliyyə savadlılığının təşviqi, rəqəmsal transformasiya və digər mühüm sahələr üzrə həyata keçirdikləri təşəbbüslər dəyərləndirilir..
Assosiasiyanın ekspert şurası VTB (Azərbaycan) bankını "Korporativ sosial məsuliyyət", "Maliyyə savadlılığının dəstəkçisi", "Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri", "Təhsil dəstəkçisi", həmçinin "Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)" nominasiyaları üzrə qalib elan edib.
"Bankçılıq mükafatları" hər il Azərbaycan Banklar Assosiasiyası tərəfindən maliyyə institutlarının əvvəlki il üzrə fəaliyyət nəticələrinin təhlili əsasında təqdim olunur. Bu mükafat müstəqil sahə göstəricisi kimi çıxış edir və ABA-nın ictimai reytinqlərinin formalaşdırılmasında nəzərə alınır. Həmin reytinqlər isə həm fərdi müştərilər, həm də korporativ tərəfdaşlar tərəfindən bank seçimi zamanı əsas istinad mənbələrindən biri hesab olunur.
VTB (Azərbaycan) 2009-cu ildən etibarən bazarda fəaliyyət göstərir və ölkənin sistem əhəmiyyətli banklarından biridir. Qazanılan mükafatlar bankın yalnız ənənəvi bankçılıq fəaliyyətinə deyil, həm də qeyri-maliyyə təşəbbüslərinin — rəqəmsal savadlılıq proqramları, təhsil layihələri, ESG transformasiyası və sosial məsuliyyət istiqamətlərinin inkişafına yönəlmiş strategiyasının effektivliyini təsdiqləyir. / banker.az

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Whatsapp biznesin üstünlükləri nələrdir?
Biznes qurmaq üçün nə lazımdır?
İban nədir?
ƏDV geri al və onun üstünlükləri
Cash Back nədir?