Xalq Bank "Əmanət" lotereyasının 1-ci tirajının qaliblərini mükafatlandırdı

Xalq Bank ®Xalq Bankın stimullaşdırıcı "Əmanət" lotereyasının 1-ci tirajının qaliblərinə pul mükafatları təqdim olunub.
İlk tirajın nəticələrinə əsasən, ümumilikdə 75 nəfər müxtəlif məbləğlərdə pul mükafatı qazanıb. Qaliblər lotereya şərtlərinə uyğun olaraq bankın filial qrupları üzrə müəyyən edilib və mükafatlar müvafiq filiallarda qaliblərə təqdim edilib.
Bu tiraj üzrə ən yüksək uduş olan 15 ədəd 5 000 AZN pul mükafatının qalibləri Xalq Bankın Neftçilər, Mərkəz, Mingəçevir, Şəmkir, Tovuz, Şamaxı, Şəki, Yevlax, Quba, Şabran, Lənkəran, Şirvan və Neftçala filiallarının müştəriləridir.
Bundan əlavə, müxtəlif regionlardan 25 nəfər 1 000 AZN, 35 nəfər isə 500 AZN məbləğində pul mükafatını qazanıb. Ümumilikdə, ilk tirajda 117 500 AZN dəyərində pul mükafatları öz sahibini tapıb.
Xatırladaq ki, hazırda "Əmanət" lotereyasının 2-ci tirajı davam edir. Lotereya çərçivəsində Xalq Bankın "Müddətli", "Proqress", "VİP-Rantye" və rəqəmsal əmanət məhsulları üzrə yeni əmanət yerləşdirən və ya mövcud əmanətinin müddəti uzadılan müştərilər növbəti tirajlarda müxtəlif məbləğlərdə pul mükafatları, eləcə də hər biri 50 000 AZN olan iki əsas uduşdan birini qazanmaq şansı əldə edəcəklər.
"Əmanət" lotereyasının 2-ci tirajın qalibləri 12 oktyabr 2026-cı il tarixində müəyyən ediləcək. Şərtlər barədə ətraflı: / banker.az

Banklar     Tarix: 30 iyul 2026

Oxşar xəbərlər

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb

"PAŞA Həyat Sığorta" ASC-nin həyata keçirdiyi sığorta ödənişləri 2026-cı ilin yanvar–sentyabr aylarında kəskin artıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında apardığı hesablamalara görə, şirkəti

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb

Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksə


iqtisadi xeberler telefonla pul qazanmaq dollarin kursu bu gun depozit faizleri 1000 manatla biznes