Xalq Bankda Landau məktəbliləri üçün bankçılıq üzrə təlim keçirildi
®Xalq Bank məktəblilərin maliyyə sahəsi haqqında biliklərinin genişləndirilməsi və bank sektoru ilə ilkin tanışlıq məqsədilə Landau məktəbinin 9–10-cu sinif şagirdləri üçün maarifləndirici təlim həyata keçirdi.
Proqram çərçivəsində iştirakçılar bank fəaliyyətinin əsas istiqamətləri, maliyyə xidmətləri, rəqəmsal bankçılıq və əməliyyat təhlükəsizliyi ilə bağlı təqdimatları dinlədilər.
Təlimin praktiki hissəsində şagirdlərə marketinq, reklam və müştəri yönümlü yanaşma kimi sahələrdə nəzəri biliklərin tətbiqi nümayiş etdirildi. Eyni zamanda, Bankın filialında müştəri əməliyyatlarının icrası prosesi əyani olaraq göstərildi.
Proqramın sonunda şagirdlərə iştirak barədə sertifikatlar və xatirə hədiyyələri təqdim olundu. Xalq Bank gənclərin maliyyə savadlılığının artırılmasını və onların gələcək peşə seçimlərinə dəstək verən maarifləndirici layihələrin həyata keçirilməsini davam etdirir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar / banker.az

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Start-up nədir?
İban nədir?
Biznes nədir?