Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek
®Xalq Bank Digital Card sahibləri üçün yeni kampaniyaya start verir! Kampaniya ərzində Digital Card vasitəsilə aparılan təmassız NFC ödənişləri kart sahibinə 10 % keşbek (maks. 10 AZN), XalqOnline mobil tətbiqində aparılan ödənişlər 20 % keşbek (maks. 10 AZN) qazandırır. Kampaniya 31 oktyabradək qüvvədədir.
Qeyd edək ki, Xalq Bank və VISA beynəlxalq ödəniş sistemi tərəfindən təqdim edilən "Digital Card" XalqOnline istifadəçiləri üçün nəzərdə tutulan rəqəmsal debet kartıdır. Kartı banka gəlmədən və vaxt itirmədən birbaşa XalqOnline tətbiqində əldə edərək aktivləşdirmək mümkündür. Digital Card vasitəsilə rahatlıqla onlayn ödənişlər həyata keçirmək və kartı Google Pay və Apple Pay cüzdanlarına əlavə etməklə təmassız ödənişləri icra etmək olar. Kart AZN valyutasında və pulsuz təqdim edilir, istifadə müddəti 1 ildir.
Müasir və funksional XalqOnline mobil tətbiqi hər kəs üçün əlçatandır – tətbiqi App Store və ya Google Play platformalarından yükləmək mümkündür.
Kampaniyada iştirak edən əməliyyat növləri barədə ətraflı məlumatı buradan əldə edə bilərsiniz:
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar. / banker.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Bitcoin nədir?
Onlayn biznes növləri
Françayzinq nədir və necə olur?
Dünyanın ən varlı 10 müğənnisi
"Freelance" nədir?