Xalq Bankın xalis mənfəəti kəskin artıb
2022-ci ilin 9 ayının yekunlarına əsasən, ölkənin ən böyük özəl banklarından biri olan ASC "Xalq" Bankı əsas maliyyə göstəriciləri üzrə stabil artım nümayiş etdirmiş, aktivlərini ilin əvvəli ilə müqayisədə 259,8 milyon manat (11.1%) artıraraq 2 milyard 599,2 milyon manata çatdırmışdır.
Bankın yaydığı press-relizdə bildirilir ki, Bank 2022-ci ilin III rübünü 19,93 milyon manat xalis mənfəətlə başa vurmuşdur ki, bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 5,68 milyon manat (39.9%) daha çoxdur.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Hesabat dövrünün sonuna Bankın cəmi kapitalı 466,3 milyon manat təşkil etmişdir.
Ötən 9 aylıq dövr ərzində Bankın kredit portfelinin həcmi 184,8 milyon manat (13.02%) artaraq 1 milyard 603.9 milyon manat, depozit portfelinin həcmi isə 235,3 milyon manat (15,25%) artaraq 1 milyard 778,55 milyon manat təşkil etmişdir.
Xalq Bank aktivlərinin və kredit portfelinin həcminə görə ölkənin üç ən böyük özəl banklarından biri olmaqla bank sektorunda öz mövqeyini qoruyub saxlamaqdadır. / marja.az

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Bitcoin necə işləyir?
Dünyanın ən varlı 10 adamı
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Swift nədir?
Layihə menecmenti nədir?