"Xalq Həyat" Sığorta Şirkətinin xalis mənfəəti 30%-dən çox artıb

"Xalq Həyat" Sığorta Şirkəti ASC 2022-ci ili 1 milyon 824 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 1 milyon 392 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Xalq Həyat"ın xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 31% artıb.
Marja xəbər verir ki, 2022-ci ildə "Xalq Həyat"ın cəmi əməliyyat gəlirləri 6 milyon 521 min manat (+25,8%), cəmi əməliyyat xərcləri 4 milyon 248 min manat (+15,2%), əməliyyat mənfəəti 2 milyon 273 min manat təşkil edib (51,7%). 2021-ci ildə Şirkətin cəmi əməliyyat gəlirləri 5 milyon 184 min manat, cəmi əməliyyat xərcləri 3 milyon 686 min manat, əməliyyat mənfəəti 1 milyon 498 min manat təşkil etmişdi.
"Xalq Həyat"ın topladığı sığorta haqları 2021-ci ildə 6 milyon 113  min manat ikən, 2022-ci ildə 8 milyon 375  min manata yüksəlib (37% və ya 2 milyon 262 min manat artıb). Şirkətin sığorta ödənişləri isə 136 min manatdan 420 min manata qalxıb. 
"Xalq Həyat"ın investisiya gəlirləri 2021-ci illə müqayisədə 2022-ci ildə 19% artaraq 1 milyon 721 min manat təşkil edib.
15 mart 2019-cu il tarixində "Xalq Həyat" Sığorta Şirkəti  ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsinə dair 5 illik lisenziya verilmişdir. Cəmiyyətin nizamnamə kapitalı 15 milyon manat təşkil edir və səhmlərinin 100 faizi "Xalq Sığorta" ASC-yə məxsusdur. "Xalq Həyat" Sığorta Şirkəti ASC həyat sığortası sahəsində geniş spektr üzrə xidmətlər göstərir.
/ marja.az

Banklar     Tarix: 30 mart 2023

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu


iqtisadi xeberler leobank kart avtomobil xeberleri bitcoin qiymeti birbank