Xorvatiya Azərbaycandan xam neftin alışını 2 dəfəyə yaxın artırıb
Xorvatiya Azərbaycan xam neft alışını artırmaqla cari ilin ilk yarısında həcmi 4.5 mln. barelə qaldırıb.
Banker.az xəbər verir ki, 2024-cü ilin ilk altı ayı ərzində Balkan ölkəsi Azərbaycandan 587.6 min tonluq xam nefti $375.98 mln.-a dəyərində alıb.
Bu da miqdar baxımdan illik müqayisədə 90%, dəyərlə müqayisə edildikdə isə 109% artım olub.
Dövlət Gömrük Komitəsinin 2023-cü ilin eyni dövründə Xorvatiya Azərbaycandan 308.5 min tonluq xam nefti $180.25 mln.-a almışdı.
Qiymətlər keçən illə müqayisədə bu il daha baha olub. Belə ki, keçən il bir tonu $584 (~77 USD/barel) olduğu halda, cari ildə qiymətlər $56 baha, yəni $640 (~84.02 USD/barel) olub.
Xatırladaq ki, 2024-cü ilin ilk yarısında Azərbaycan xaricə 11.1 mln. ton xam nefti $7.012 dəyərində ixrac edib.

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
ƏDV geri al və onun üstünlükləri
Biznes nədir və hansı növləri var?
SMM nə deməkdir?
CV hazırlayarkən buraxılan 5 səhv
ZARA-nın uğur hekayəsi