"Yapı Kredi Azərbaycan" 2023-cü ilin ilk üç rübündə 10 milyon manat xalis mənfəət əldə etdi
"Yapı Kredi Azərbaycan" ASC 2023-cü ilin ilk üç rübü ərzində 10.09 milyon manat xalis mənfəət əldə edib.
Banker.az xəbər verir ki, bu barədə bankın rüblük maliyyə hesabatında bildirilir.
Bankın faiz gəlirləri illik müqayisədə 8.77 milyon manat və ya 47% artaraq 27.3 milyon manata yüksəlib.
Bankın faiz xərcləri 1.71 milyon manat, qeyri-faiz gəlirləri 16.31 milyon manat və qeyri-faiz xərcləri 27.53 milyon manat olub.
Beləliklə, 2023-cü ilin ilk üç rübündə 13.06 milyon manat mənfəət əldə edib və 2.96 milyon manat mənfəət vergisi ödəmiş olub.
Bu xalis mənfəətdən sonra 1 oktyabr 2023-cü il tarixinə Bankın balans kapitalındakı bölüşdürülməmiş mənfəət 35.29 milyon manata yüksəlib.
"Yapı Kredi Bank Azərbaycan"ın aktivlərinin həcmi ili əvvəli ilə müqayisədə 4.4% azalaraq 460.6 milyon manata düşüb. Buna səbəb nağd vəsaitlər və qiymətli kağızlar üzrə portfelin azalmasıdır. Bankın kredit portfeli ilin əvvəlindən 8.6% artaraq 257.26 milyon manata yüksəlib.


Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Ən çox gəlir gətirən onlayn bizneslər
Biznes planı necə yazmaq lazımdır?
Biznesə aid ən yaxşı 10 kitab
ƏDV geri al və onun üstünlükləri