"Yapı Kredi Bank Azərbaycan" 2022-ci ilin üçüncü rübünü mənfəətlə başa vurub

"Yapı Kredi Bank Azərbaycan" QSC faiz və qeyri-faiz gəlirlərini artırmağa müvəffəq olub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 10% artaraq 18.5 milyon manat, qeyri-faiz gəlirləri 34% artaraq 13.4 milyon manat təşkil edib. Ümumilikdə, Bank üçüncü rübü 17 milyon manat xalis faiz gəliri ilə başa vurub və bankın xalis mənfəəti 0.4 milyon manat olmuşdur.
Bankın istehlak və biznes kreditlərinə olan müştəri marağı öz əksini ümumi rüblük hesabatda tapmışdır. Belə ki, keçən ilin sonu ilə müqayisədə bankın ümumi kredit portfeli 25% artmış və 219 milyon manat olmuşdur, eyni zamanda cari ilin üçüncü rübündə biznes kreditləri 33% artaraq 155.5 milyon manata bərabər olmuşdur, həmçinin müştərilərin ehtiyaclarını nəzərə alaraq təklif edilən istehlak kreditləri portfeli 7% artaraq 43 milyon manat olmuşdur.
2022-ci ilin III rübünün göstəricilərinə əsasən "Yapı Kredi Bank Azərbaycan" QSC  Azərbaycan Mərkəzi Bank tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımı səviyyədə yerinə yetirmişdir.  Belə ki, müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 31%, məcmu kapitalının adekvatlıq əmsalı isə 32% olmuşdur. Bankın məcmu kapitalı 75.1 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır. 
Əsas səhmdarları Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir. / banker.az

Banklar     Tarix: 24 oktyabr 2022

Oxşar xəbərlər

Yelo App-də əmanət girovlu kredit artıq onlayndır

Yelo Bank müştəriləri üçün sadə və faydalı innovativ həllər təqdim etməyə davam edir. Artıq Bankın əmanət müştəriləri təcili pul ehtiyacları yarandıqda əmanətlərinə toxunmaq məcburiyyətində qalmayacaqlar. Yelo App-də təqdi

"İdeal Kredit" BOKT-da rekord artım: Aktivlər, kreditlər və kapital yüksəlib

BOKT "İdeal Kredit" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Şirkətin nəticələri həm maliyyə dayanıqlığının, həm də davamlı inkişaf strategiyasının uğurla icra olunduğunu nümayiş etdirir. Təşkilatı

AccessBank, AmCham və Neurotime süni intellekt hakatonu təşkil edir

 Amerika-Azərbaycan Ticarət palatasının (AmCham Azerbaijan) təşkilatçılığı, AccessBank və Neurotime tərəfdaşlığı ilə "Building with AI: From İdea to Working Product" adlı birgünlük innovasiya hakatonu keçiriləcək

"BTB Bank"dan ABB-yə ötürülən aktivlərin həcmi 295 milyon manata çatıb

"BTB Bank"dan ABB-yə ötürülən aktivlərin həcmi 295 milyon  manata çatıb. Bunu bu gün keçirilən mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib. O bildirib ki, ötürülən portfelin böyük hissəs

"Əgər bir şəxsin kartına gündə 50 dəfə pul daxil olursa, bu, şübhə oyatmalıdır. Şübhəli əməliyyatlar yoxlanılmalıdır"

"Azərbaycanda "Card to card" dövriyyəsi inanılmaz dərəcədə böyükdür". Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib. "Bəzən gün ərzind

BOKT "KREDEX" QSC 2025-cü il üzrə maliyyə göstəricilərini açıqladı

BOKT "KREDEX" QSC 2025-ci ili 1 milyon 95 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, təşkilat 2024-cü ili 1 milyon 298 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, BOKT "KREDEX" QSC -nin xali

BOKT "Finans Kredit"in 2025-ci il üzrə maliyyə göstəriciləri - Ötən ili mənfəət ilə başa vurub

Bank olmayan kredit təşkilatı - BOKT "Finans Kredit" MMC 2025-ci ili 132 min 55 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə təşkilatın xalis mənfəəti 203 min 263 manat olmuşdu. Beləliklə, BOKT-un xalis mənfəət

Expressbankda Beynəlxalq Talassemiya Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib

Expressbankda növbəti dəfə könüllü qanvermə aksiyası təşkil olunub. 8 May – Beynəlxalq Talassemiya Günü münasibətilə Bankın Baş Ofisində baş tutan aksiyanın əsas məqsədi talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkə

Mərkəzi Bank faizlə bağlı nə qərar verəcək?

Azərbaycan Mərkəzi Bankı 6 may 2026-cı il tarixində uçot dərəcəsi ilə bağlı ilin üçüncü qərarını açıqlamağa hazırlaşır. xəbər verir ki, qərarın gün ərzində press-reliz formasında yayımlanması, daha sonra isə AMB sədrini


iqtisadi xeberler pul qazanmaq bitcoin qiymeti biznes ideyalari depozit faizleri