"Yapı Kredi Bank Azərbaycan" 23 yaşını qeyd edir

(®) 11 Yanvar 2000-ci il tarixində Azərbaycan Mərkəzi Bankının lisenziyası əsasında "Koçbank Azərbaycan LTD" adı ilə fəaliyyətə başlayan Yapı Kredi Bank Azərbaycanın bu gün 23 yaşı tamam olur.
"Yapı Kredi Bank Azərbaycan" QSC Türkiyənin nüfuzlu Koç Qrupuna daxil olan və beynəlxalq çərçivədə törəmə bankları olan Koç Maliyyə Xidmətlərinin tərkibində fəaliyyət göstərir.  Xidmətlərin müştəri tələblərinə uyğun optimallaşdırılması, müştəri ehtiyaclarının düzgün şəkildə anlaşılması və reallaşdırılması bankımız üçün hər zaman olduğu kimi, indi də prioritet əhəmiyyət daşıyır.
Fəaliyyət göstərdiyi müddət ərzində "Yapı Kredi Bank Azərbaycan" bankçılığın pərakəndə və korporativ sahələrində müştərilərinə maliyyə əlçatanlığını asanlaşdırmaq üçün yeni məhsullar təklif etməyə, müştərilər ilə effektiv tərəfdaşlıq qurmağa davam etmişdir. Bu isə öz növbəsində müştəri-bank münasibətlərinin daha da sıxlaşmasına və qarşılıqlı inam prinsipləri əsasında inkişafına öz töhfəsini vermişdir. Buna nümunə olaraq İnternet bankçılığın yaratdığı imkanlardan maksimum faydalanmaqla müştərilərin bank xidmətlərindən daha rahat, operativ və təhlükəsiz istifadəsini və 24/7 fəaliyyət göstərən Çağrı Mərkəzini göstərmək olar.
"Yapı Kredi Bank Azərbaycan"  fəaliyyətində peşəkarlıq, etibarlılıq və yüksək korporativ mədəniyyət meyarlarını rəhbər tutaraq bu illər ərzində öz maliyyə sabitliyini qoruyub saxlamışdır.
Korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq hər zaman sosial məsələlərə həssas münasibəti ilə seçilən "Yapı Kredi Bank Azərbaycan" qeyd edilən istiqamətdə olan işləri davamlı olaraq həyata keçirir. Son illərdə bank özünüməşğulluğunun təşkili layihəsinə qoşulmaqla həssas əhali qruplarına, aztəminatlı ailələrə, , ölkəmizin ərazi bütövlüyünün qorunması və torpaqlarımızın işğalından azad edilməsində iştirak etmiş qazi və şəhid ailələrinə  bütün lazımi avadanlıqlarla təchiz ederək kiçik bizneslərini qurmağa imkan yaratmışdır. Həmçinin Azərbaycanda ISO 14001:2015 sertifikatını əldə edən ilk bank olaraq, ekoloji göstəricilərimizi daha da yaxşılaşdırmaq, eləcə də iqlim dəyişikliyi ilə mübarizəyə təkan vermək və ətraf mühitə olan təsirimizi minimuma endirmək əsas hədəflərimiz sırasında yer alır.
"Yapı Kredi Bank Azərbaycan" fəaliyyətinin 23-cü il dönümü münasibəti ilə bütün müştərilərini, tərəfdaşlarını və əməkdaşlarını təbrik edir, bundan sonra da Bankımız müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməkdə davam edəcək. / marja.az

Banklar     Tarix: 11 yanvar 2023

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək

Azərbaycan və Rusiya arasında vətəndaşların bank hesabları, əmlakı, gəlirləri və digər aktivləri barədə məlumat mübadiləsi aparılacaq. Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında məhkəmə qərarlarının məcburi icras


iqtisadi xeberler en son xeberler bitcoin qiymeti bank faizleri dollar məzənnəsi