"Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti 20% artıb
"Yapı Kredi Bank Azərbaycan" 2026-cı ilin ilk doqquz ayında 9,25 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin müvafiq dövründən 19,9% çoxdur. Faiz gəlirləri 38,8% artaraq 51,78 milyon manata, qeyri-faiz gəlirləri 15,7% artaraq 24,35 milyon manata çatıb.
Banker.az bunu Bankın rüblük hesabatına istinadən xəbər verir.
Faiz xərclərinin 130,8% artaraq 19,31 milyon manata yüksəlməsi mənfəət artımını məhdudlaşdırıb. Mümkün zərərlər üzrə ehtiyatlara ayırmalar 28,1% artaraq 6,97 milyon manat olub.
Bankın ümumi gəlirləri illik müqayisədə 30,5% artaraq 76,13 milyon manat, ehtiyat ayırmaları və mənfəət vergisi nəzərə alınmadan ümumi xərcləri isə 30,8% artaraq 57,39 milyon manat təşkil edib. Xərclərin gəlirlərə nisbəti ötən ilin ilk doqquz ayındakı 75,2%-dən 75,4%-ə yüksəlib.
Sentyabrın sonuna bankın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 27,3% artaraq 1 008,94 milyon manata çatıb. Müştərilərə verilmiş kreditlərin ümumi həcmi 20,5% artaraq 563,17 milyon manat olub və aktivlərin 55,8%-ni təşkil edib. Kredit portfelinin aktivlərdə payı ilin əvvəlində 58,9% idi.
Cəmi öhdəliklər ilin əvvəlinə nəzərən 30,4% artaraq 872,50 milyon manata, cəmi kapital 10,4% artaraq 136,44 milyon manata yüksəlib. Bölüşdürülməmiş mənfəət 15,5% artaraq 68,78 milyon manat təşkil edib.
Son illik audit hesabatına görə, 2025-ci ilin sonunda bankın işçilərinin sayı 260 nəfər olub. Bu, 2024-cü ilin sonundakı 249 nəfərlə müqayisədə 4,4% artım deməkdir.
Bank 1998-ci ildə yaradılıb, 11 yanvar 2000-ci ildə bank lisenziyası alıb. Nizamnamə kapitalı ilin əvvəli ilə müqayisədə dəyişməyərək 55,38 milyon manat qalıb. Əsas səhmdarı 99,8% payla Türkiyənin "Yapı ve Kredi Bankası A.Ş." şirkətidir.

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb
Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi
Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib
"PAŞA Bank" IPO-dan sonra kapital artımını səhmdarların müzakirəsinə çıxarır
Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb
Çexiyanın Azərbaycana ümumi investisiya qoyuluşu açıqlanıb
Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda
"Bitcoin" yenidən 83 min dolları ötüb - SON QİYMƏT
Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
Dünyada ən çox oxunan 5 kitab
ƏDV geri al və onun üstünlükləri
Dizaynerlər üçün TOP-5 Freelance sayt
1000 manatla hansı biznesi qurmaq olar?
Az pulla hansı işi qurmaq olar?