"Yapı Kredi Bank Azərbaycan"nın xalis mənfəəti 26 dəfə artıb

"Yapı Kredi Bank Azərbaycan" QSC 2023-cü ilin 9 ayını (yanvar-sentyabr) 10 milyon 93 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ilin 9 ayını 391 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Yapı Kredi Bank Azərbaycan"nın xalis mənfəəti 2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 9 milyon 702 manat və ya 25,8 dəfə artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından və mümükün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmanın azalmasından qaynaqlanır.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Yapı Kredi Bank Azərbaycan"nın faiz gəlirləri 8 milyon 767 min manat və ya 47,3 % artaraq 27 milyon 300 min manat təşkil edib. 
2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Yapı Kredi Bank Azərbaycan"nın qeyri-faiz gəlirləri 2 milyon 916 min manat və ya 21,8 % artaraq 16 milyon 309 min manat olub. 
ƏMƏLİYYAT MƏNFƏƏTİ 2 DƏFƏYƏ YAXIN ARTIB
2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Yapı Kredi Bank Azərbaycan"nın cəmi əməliyyat gəlirlərinin (faiz və qeyri-faiz gəlirlərinin) 11 milyon 683 min manata artmasına qarşılıq, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri)  4 milyon 947 min manat manat artıb. Gəlirlər xərclərdən daha çox artdığı üçün Bankın əməliyyat mənfəəti də 6 milyon 736  min manat və ya 1,9 dəfə çox olub.
2023-cü ilin 9 ayında "Yapı Kredi Bank Azərbaycan"nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 43 milyon 609 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 29 milyon 242 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 14 miylon 367 min manat təşkil edib. Əməliyyat mənfəətindən mümükün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 1 milyon 310 min manat ayrılıb və 2 milyon 964 min manat mənfəət vergisi ödənilib. Beləliklə,  "Yapı Kredi Bank Azərbaycan" 2023-cü ilin 9 ayını 10 milyon 93 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin 9 ayında "Yapı Kredi Bank Azərbaycan"nın cəmi əməliyyat gəlirləri  31 milyon 926 min manat, cəmi əməliyyat xərcləri 24 milyon 295 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 7 milyon 631 min manat təşkil etmişdi. Əməliyyat mənfəətindən mümükün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 6 milyon 755 min manat ayrılmış və 484 min manat mənfəət vergisi ödənilmişdi. Beləliklə, "Yapı Kredi Bank Azərbaycan" 2022-ci ilin 9 ayını 391 min manat xalis mənfəət ilə bağlamışdı.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
2023-cü ilin 9 ayında 2022-ci ilin sonu ilə müqayisədə "Yapı Kredi Bank Azərbaycan"nın cəmi aktivləri 21 milyon 328  min manat və ya 4,4 % azalaraq 460 milyon 599 min manata düşüb. Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) isə 20 milyon 317 min manat və ya 8,6 % artaraq 257 milyon 262 min manata çatıb.  
"Yapı Kredi Bank Azərbaycan"nın istehlak kreditləri portfeli 14 milyon 643 min manat artaraq 59 milyon 950 min manat, biznes kreditləri portfeli 2 milyon 296 min manat azalaraq 166 milyon 869 min manat, ipoteka kreditləri portfeli 7 milyon 971 min manat artaraq 30 miylon 442 min manata yüksəlib. 
2023-cü ilin 9 ayında 2022-ci ilin sonu ilə müqayisədə "Yapı Kredi Bank Azərbaycan"da cəmi depozitlər 37 milyon 653 min manat azalaraq 326 milyon 204 min manata geriləyib. Depozitlərdə azalma hüquqi şəxslərin öz vəsaitlərindən istifadə etmələri ilə əlaqədardır. Bankda əhalinin əmanətləri təxminən ötən ilin sonundakı səviyyəyə yaxın olub.
30 sentyabr 2023-cü il tarixində "Yapı Kredi Bank Azərbaycan"nın 85 milyon 686 min manat məcmu kapitala malik olub. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.
"Yapı Kredi Bank Azərbaycan" QSC-nin əsas səhmdarı Türkiyənin "Yapı Kredi A.Ş." bankıdır.

Banklar     Tarix: 15 oktyabr 2023

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale


iqtisadi xeberler valyuta xeberleri bu gunun xeberleri dollar kursu avtomobil xeberleri