Yaponiya bu il Rusiyadan LNG idxalını 3%-dən çox azaldıb
2024-cü ilin ilk altı ayında Yaponiya Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalının həcmini 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3.3% azaldıb.
Bu barədə Yaponiya Maliyyə Nazirliyinin dərc etdiyi statistik məlumatlarda göstərilib.
Qeyd olunub ki, eyni dövrdə Tokio Rusiya kömürünün alışını da 69.1% azaldıb, neft idxal etməyib.
Yaponiya dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz idxalçılarından biridir. / banker.az
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza