Yaşıl Kart sığorta haqlarında 6 qat artım

Yaşıl Kart sığorta haqlarında 6 qat artımİcbari Sığorta Bürosu Yaşıl Kart Sistemi çərçivəsində 2022-2023 –cü illərin yanvar –iyun ayları üzrə xülasəni dərc edib.
Marja.az xəbər verir ki, 2022-ci ilin ilk 6 ayı ərzində 12365 sığorta müqaviləsi rəsmiləşdirilmiş və 1 266 972 manat sığorta haqqı yığılmışdır.  2023-cü ilin müvafiq dövründə isə 29516 sığorta müqaviləsi rəsmiləşdirilmiş və həmin müqavilələr üzrə 7 338 196 manat sığorta haqqı toplanmışdır.  6 aylıq nəticələrə əsasən sığorta müqavilələrinin sayında 140%, sığorta haqlarında isə təqribən 6 qat artım müşahidə edilmişdir.
Artımım ən önəmli səbəbi 1 yanvar 2023-cü il tarixindən etibarən Gürcüstan və Qazaxıstan Respublikasında qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə Azərbaycan Yaşıl Kartlarının satılmasıdır. Belə ki, 2023-cü ilin ilk 6 ayı ərzində Qazaxıstan və Gürcüstan qeydiyyatlı nəqliyyat vasitələri üçün təqribən 9000 sığorta müqaviləsi rəsmiləşdirilmiş və 5 000 000 manata yaxın sığorta haqqı toplanmışdır. Həmin sığorta müqavilələrinin təqribən 7000 ədədi Qazaxıstan, 2000 ədədi isə Gürcüstan qeydiyyatında olan nəqliyyat vasitələrinə münasibətdə tərtib olunmuşdur. Beləliklə dövr ərzində və ilk dəfə sistem çərçivəsində Azərbaycan sığortaçıları 5 000 000 manata yaxın sığorta xidmətini ixrac etmişlər. Müvafiq dövrdə Qazaxıstan və Gürcüstan qeydiyyatlı nəqliyyat vasitələrinin törətdikləri hadisələr üzrə 2 500 manat sığorta ödənişi həyata keçirilmişdir.
Ölkə ərazisində satılan Yaşıl Kart sığorta müqavilələrinin sayı və sığorta haqlarının müqayisəsi isə onu göstərir ki, 6 aylıq nəticələrə əsasən sığorta müqavilələrinin sayında 67%, sığorta haqlarında isə 97% artım olmuşdur. 2023-cü ilin müvafiq dövründə təqribən 21000 sığorta müqaviləsi rəsmiləşdirilmiş və həmin müqavilələr üzrə 2 500 000 manat civarında sığorta haqqı yığılmışdır. 2022-ci ilin ilk 6 ayı ərzində 117 yol-nəqliyyat hadisəsinə görə təqribən 290 000 manat, 2023-cü ilin müvafiq dövründə isə 164 yol-nəqliyyat hadisəsinə görə 550 000 manata yaxın sığorta ödənişi həyata keçirilmişdir. 2022-ci ilin ilk 6 ayı ərzində bir hadisə üzrə ortalama sığorta ödənişi 2 466 manat, cari ilin ilk 6 ayı ərzində isə 3 309 manat təşkil etmişdir. Müqayisə edilən dövr üzrə sığorta müqavilələrinin sayına nisbətdə baş verən sığorta hadisələri faiz etibari ilə azalmasına baxmayaraq ortalama sığorta ödənişinin 34% artımı müşahidə olunmuşdur. Artımın təməl səbəbi Türkiyə Respublikasında baş vermiş ölüm hadisəsi və sağlamlığa dəyən zərər üzrə ümumilikdə verilmiş 100 000 manat civarında sığorta ödənişidir.
2022-2023-cü illərin ilk 6 ayı ərzində əsasən xarici ölkələrdə baş vermiş hadisələr üzrə zərərlilik nisbətləri də ciddi fərqlilik göstərməkdədir. Belə ki, ötən ilin ilk 6 ayı ərzində toplanan sığorta haqlarının 22%-i həcmində sığorta ödənişi verilmiş, 2023-cü ilin müvafiq dövründə isə bu nisbət 7% təşkil etmişdir.
2022-ci ilin ilk 6 ayı ərzində ölkə daxilində 21 Yaşıl Kart hadisəsi üzrə 42 000 manata yaxın sığorta ödənişi həyata keçirilmişdir. 2023-cü ilin müvafiq dövründə isə ölkə daxilində 29 Yaşıl Kart hadisəsi üzrə 59 000 manat sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə müqaisə edilən dövr üzrə xaricdən gəlmiş nəqliyyat vasitələrinin ölkəmizdə törətdikləri yol nəqliyyat hadisələri üzrə həyata keçirilən sığorta ödənişlərdə 40% artım müşahidə edilməkdədir.
Xatırladaq ki, 2016-cı ildən İcbari Sığorta Bürosu Beynəlxalq Bürolar Şurasına üzv olan milli Yaşıl Kart Bürosunun funksiyalarını həyata keçirir. Büro Yaşıl Kart sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.

Banklar     Tarix: 11 avqust 2023

Oxşar xəbərlər

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler iqtisadiyyat xeberleri biznes qurmaq depozit faizleri 1000 manatla biznes