Yaxın üç ildə 50-yə yaxın bank Rusiya bazarını tərk edə bilər

Yaxın üç ildə 50-yə yaxın bank Rusiya bazarını tərk edə bilər"Yaxın üç ildə 50-yə yaxın bank Rusiya bazarını tərk edə bilər".
Bunu ACRA reytinq agentliyinin rəhbəri Mixail Suxov "İzvestiya" qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, bazarı tərk etməklərinin səbəbləri və ehtimalı daha çox bankların növləri ilə müəyyən edilir. Ekspert onları şərti olaraq üç qrupa ayırıb.
"Birincisi xaricidir. Buradan çıxış sürəti daha çox inzibati qərarlardan və əsas bankların tənzimləyiciləri ilə münasibətdən, həmçinin getmənin nə dərəcədə sərfəli olmasından asılıdır. İkinci qrup iri şirkətlərə və ya müəssisələrə məxsus kiçik banklardır. Məsələn, ödəniş biznesinə xidmət göstərənlər.
İndiki şəraitdə aydın olur ki, əməliyyat biznesi yeganə gəlir mənbəyi ola bilməz, daha sərfəli bazarlara – kreditləşməyə çıxmaq lazımdır. Aşağı kapitalla hər kəs uğur qazana bilməz. Üçüncü qrupa sahibləri xərcləri azaldacaq daha böyük qruplar daxilində kredit təşkilatlarıdır".
İri xarici bankların Rusiya bazarından mümkün çıxarılması ilə bağlı sualı cavablandıran Mixail Suxov qeyd edib ki, agentlik onların biznesində azalma görür, lakin bundan sonrakı qərarlar bu kredit təşkilatlarının sahiblərindən və idarəçilərindən asılı olacaq. / banker.az

Banklar     Tarix: 13 iyun 2023

Oxşar xəbərlər

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir


iqtisadi xeberler dollar mezenne bitcoin biznes ideyalari bitkoin