"Yelo Bank" böyüyür
"Yelo Bank" ASC 2023-cü ilin ilk yarısında aktivlərinin həcmini 3.1% artırmaqla 846.94 mln. manata qaldırıb.
Banker.az rüblük hesabatına istinadən xəbər verir ki, aktivlərinin 683.58 mln. manatı müştərilərə verilən kreditlər təşkil edib. Kredit portfeli ilk yarımildə 10% artıb.
Bank kreditlərindən istehlakı 11% artırmaqla 166.14 mln. manata, biznesi 12% artırmaqla 443.7 mln. manata, ipoteka kreditləri isə 3% azlaraq 73.73 mln. manata yüksəlib.
Bankın aktivlərinin 78.85 mln. manat (ilin əvvəli: 106.19 mln. manat) nağd vəsaitlər, 14.11 mln. manatı (36.75 mln. manat) ticarət qiymətli kağızlar, 24.41 mln. manatı (32.56 mln. manat) bank və digər maliyyə institutlarındakı depozitlər təşkil edib.
DEPOZİTLƏR BÖYÜYÜR
Bankın öhdəliklərinin həcmi ilk yarıda 2%-dən çox artaraq 760.9 mln. manata çatıb. Öhdəliklərdə əsas paya malik müştəri depozitləri 3% artaraq 591.66 mln. manat olub. Burada, 448.65 mln. manatı fiziki, 143.01 mln. manatı isə hüquqi şəxslərin depozitləridir.
"Yelo Bank" ilk yarını 52.52 mln. manat faiz və 5.05 mln. manat qeyri-faiz gəlirinə qarşı 8.72 mln. manat xalis mənfəət əldə edib. Bu xalis mənfəətdən sonra bankın balansındakı öncəki dövrlər üzrə zərər 309.01 mln. manatdan 300.29 mln. manata düşüb. Bankın səhm kapitalı 378 mln. manat olduğunu nəzərə alsaq, qeyd edilən yığılmış zərərdən sonra cəmi kapital 86.04 mln. manat olub.



Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
İnstaqramda biznes qurmağın yolları
İnvestisiyanın necə cəlb etmək olar?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Dünyada ən çox oxunan 5 kitab
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar