Yelo Bank-da gənc hüquqşünaslar üçün təlim keçirildi
®Yelo Bank-ın təkilati dəstəyi ilə ELSA Azərbaycanın (European Law Students" Association) "Şuşa şəhərinin iqtisadi və mədəni inkişafının beynəlxalq arenada təbliği" layihəsi baş tutdu. Layihə çərçivəsində Bankın tədbir zalında yerli və beynəlxalq tələbələrin iştirakı ilə iki sessiyalı təlim keçirildi. "Qaçqın və məcburi köçkünlərin hüquqları" mövzusuna həsr olunmuş təlimlərdən sonra iştirakçıların sualları cavablandırıldı. Layihənin əsas məqsədi hüquq tələbələrini və gənc hüquqşünasları maarifləndirmək, praktiki biliklərinin inkişafı üçün şərait yaratmaq və onların gələcək karyeralarına töfhə verməkdir. Layihənin sonunda iştirakçıların törədilmiş dağıntılar, müharibə cinayətlərinin real nəticələri ilə tanış olmaları üçün Şuşa şəhərinə səfər təşkil olundu.
Xatırladaq ki, Yelo Bank istedadlı gənclərə dəstək üçün bir sıra təşkilatlarla əməkdaşlıq edir. Bundan əvvəl Bank ELSA Azərbaycanın İnsan Hüquqları Natiqlik müsabiqəsinin təşkilində və həyata keçirilməsində dəstək göstərib.
Bank xidmətləri, həmçinin istehlak krediti () haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!




/ banker.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Dünyada ən çox oxunan 5 kitab
Start-up nədir?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Dünyanın ən varlı 10 müğənnisi