Yelo Bank daha 3 vətəndaşa biznesə başlamaq üçün dəstək göstərib

Yelo Bank daha 3 vətəndaşa biznesə başlamaq üçün dəstək göstərib®Özünüməşğulluq proqramı çərçivəsində Yelo Bank aztəminatlı ailələrə həmişə dəstək olur. Bank bu dəfə daha 3 bölgə sakininin biznes arzularını gerçəkləşdirib. Onlardan biri – Göyçayda yaşayan Fərrux Nəbiyev Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb. Bir dülgər kimi əl qabiliyyəti ilə fərqlənən Fərruxun arzusu bacarığını biznesə çevirmək idi. Yelo Bank ona dəstək oldu və kiçik dülgər sexi üçün lazım olan avadanlıqları hədiyyə etdi.
Aslan Qafarov Biləsuvarda yaşayan, birinci Qarabağ müharibəsi iştirakçısıdır. Onun arzusu PVC qapı-pəncərə istehsalı üzrə biznes fəaliyyətinə başlamaq idi, lakin lazımi maddi resursu yox idi. Yelo Bank ona lazımi köməkliyi göstərərək biznesə başlamaq üçün zəruri olan avadanlıqları təqdim etdi. 
Kürdəmirli Aidə Qurbanova isə Vətən müharibəsi şəhidinin ailə üzvüdür. O, Vətəni üçün savadlı kadr yetişdirmək istəyirdi. Bu məqsədlə Yelo Bank ona təlim-tədris paketi hədiyyə etməklə arzusunun həyata keçməsinə öz töhfəsini verdi. Bu dəstək sayəsində Aidə parlaq gələcək üçün savadlı kadrlar yetişdirməyə hazırdır.
Qeyd edək ki, Özünüməşğulluq proqramı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasındakı Memorandum əsasında həyata keçirilir. Layihənin əsas məqsədi sosial-həssas qrupa daxil vətəndaşlarımızın sahibkarlıq arzularını gerçəkləşdirməkdir. İlk üzvlərindən biri kimi Yelo Bank layihədə aktiv iştirak edir və bundan sonra da vətəndaşlara dəstəyini davam etdirəcək.
Bank xidmətləri, eləcə də kənd təsərrüfatı krediti ilə bağlı əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq! / banker.az

Banklar     Tarix: 09 oktyabr 2023

Oxşar xəbərlər

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar


iqtisadi xeberler dollar kursu dollarin kursu bu gun dollar məzənnəsi bitcoin