Yelo Bank-dan 1 milyon ağac hədəfinə parlaq dəstək
®Yelo Bank komandası ölkəmizin ekoloji mühitini qorumaq və yaşıllıq sahələrini genişləndirmək məqsədilə növbəti ağacəkmə aksiyasında iştirak edib. Sözügedən ekoloji layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə əməkdaşlığı, həmçinin imzalanmış 10 illik strateji memorandum çərçivəsində reallaşdırılır. Böyük maraqla qarşılanan bu təşəbbüsün əsas hədəfi ölkə üzrə 1 000 000 ağac əkməklə ekoloji tarazlığın bərpasına nail olmaqdır.
Aksiya zamanı Yelo Bank əməkdaşları Eldar şamı və zeytun ağacları əkərək prosesdə birbaşa və həvəslə iştirak ediblər. Yelo Bank özünün korporativ sosial məsuliyyət (KSM) strategiyasına sadiq qalaraq, ekoloji davamlılığı və ətraf mühitə qayğını hər zaman diqqət mərkəzində saxlayır. Bank təbiəti qorumağa yönəlmiş bu cür layihələrdə iştirakını gələcəkdə də davam etdirməyi hədəfləyir.
Sərfəli şərtlərlə tecili kredit əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!



/ banker.az

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Swift nədir?
Françayzinq nədir və necə olur?
SWIFT nədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Necə Bitcoin almaq olar?