Yelo Bank dedi və etdi: hər müştəri üçün bir ağac
®Yelo Bank "Yaşıl əmanət" kampaniyası çərçivəsində kütləvi ağacəkmə aksiyası təşkil etdi. Yelo komandası, AzInTelecom şirkətinin heyəti və media nümayəndələrinin qatıldığı aksiya çərçivəsində Müşfiqabad qəsəbəsində yaşıllıq zonası üçün ayrılmış ərazidə 1500-dən çox ağac əkildi. Qeyd edək ki, aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə baş tutub.
Bu sosial layihə Yelo Bank-ın əmanətçilərinin birgə təşəbbüsü ilə ərsəyə gəlib. Belə ki, sentyabr ayında başladılmış kampaniya şərtlərinə əsasən Yelo Bank-da həm filialda, həm də Yelo mobil tətbiqi vasitəsilə SİMA İmza ilə onlayn açılmış əmanət hesabları təbiətə bir ağac bəxş edib. Bu təşəbbüsə qoşulmuş əmanətçilərə Bank tərəfindən rəqəmsal eko-sertifikat da təqdim olunub. Kampaniyanın əsas məqsədi müştərilərin yatırımlarına parlaq gəlir qazandırmaqla bərabər növbəti nəsillərə yaşıl gələcək miras qoymaqdır.
Yelo Bank həm şirkətdaxili mədəniyyətdə, həm də müştərilərə xidmətlərdə ekoloji davamlı təşəbbüsləri aktiv dəstəkləyir. Bank bundan sonrakı fəaliyyətində də təbiəti qorumağa, təbii resurslardan şüurlu istifadəyə təşviq və təbliğinə davam edəcək.
Bank xidmətləri () haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
/ banker.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Dünyanın ən varlı 10 adamı
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Onlayn biznes ideyaları
İnstaqramda biznes qurmağın yolları