Yelo Bank əməkdaşları üçün intellektual yarış keçirilib
®Qısa zaman ərzində suallara cavab tapmağı sevən Bank əməkdaşları bu dəfə bacarıqlarını intellektual oyunda nümayiş etdiriblər. "Yeloqika Pro" adlanan yarış "Nə? Harada? Nə zaman?" formatında baş tutub. Həyəcanverici oyunda 150-ə yaxın iştirakçı, 24 komandanın heyətində mübarizə aparıb. 3 tur və 36 sualdan ibarət yarışda əməkdaşlar öz bilik və intellektual bacarıqlarına əsasən güclərini sınayıblar. Gərgin zəka mübarizəsindən sonra ən çox suala düzgün cavab verən "Marketinq" komandası yarışı qələbə ilə bitirib. İlk üç yerin sahiblərinə kubok, medallar və sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Yelo Bank əməkdaşlarının asudə vaxtlarını əyləncəli və səmərəli keçirmələri üçün müxtəlif layihələrə imza atır. Bir müddət əvvəl isə Bankda daxili futbol çempionatı, istedadlar müsabiqəsi və müxtəlif komanda quruculuğu tədbirləri həyata keçirilmişdi.
Yelo Bank bundan sonra da əməkdaşlarına pozitiv iş mühiti yaratmaq üçün faydalı və maraqlı layihələr həyata keçirməyə davam edəcək. Əgər siz də Yelo komandasının bir üzvü olub, parlaq karyera qurmaq arzusundasınızsa, Bankdakı vakansiyalara göz gəzdirin: Yelo Bank vakansiya elanları ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!


/ banker.az

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Ən çox gəlir gətirən onlayn bizneslər
Biznes planı necə yazmaq lazımdır?
Biznesə aid ən yaxşı 10 kitab
ƏDV geri al və onun üstünlükləri