Yelo Bank ilk rübdə 4 milyondan çox mənfəət əldə edib

Yelo Bank ilk rübdə 4 milyondan çox mənfəət əldə edib®Yelo Bank 2023-cü ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqladı. Nəticələrdən Bankın bu ilə uğurlu şəkildə başladığını görmək olar. Hesabata əsasən, Bankın xalis mənfəəti 4 mln manatdan çox olub. Eyni zamanda aktivləri də ötən ilin eyni dövrü ilə müqayisədə artaraq 830 mln manatı ötüb.
Bank kredit portfeli üzrə uzun müddətdir ki, pozitiv artım tendensiyasını qoruyub saxlayır. Belə ki, 2022-ci ilin analoji dövrü ilə müqayisədə kredit portfeli 168 mln, yəni 36% artaraq 640 mln manata çatıb. Bankın missiyasına uyğun olaraq kredit portfelinin mühüm qismini real sektorun maliyyələşməsi təşkil edir. Rüb ərzində 5 minə yaxın müştəriyə verilmiş biznes krediti nəticəsində bu istiqamət üzrə portfel 27 mln manat artaraq 424 mln manat olub.
İstehlak üzrə kredit portfelində də artım müşahidə olunur. İlk rüb ərzində 5 000 müştəriyə 50 mln manatdan artıq istehlak krediti verilib. Nəticədə bu istiqamət üzrə kredit portfeli 217 mln manatı ötüb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 34 mln manat, yəni 19% artım deməkdir. Qeyd edək ki, bu satışın 33%-i onlayn kanalların payına düşür.
Yelo Bankın əmanət portfelində də nəzərəçarpan artım var. Ötən ilin eyni dövrü ilə müqayisədə bu istiqamət üzrə portfel 125 mln manat, yəni 28% artım ilə 577 mln manat təşkil edib. Bu artımın fiziki şəxslərin əmanətləri hesabına baş verməsi əhalinin Banka olan etibarının göstəricisidir.
Hesabat dövrü üzrə Bankın faiz gəlirləri isə 25 mln manatı ötüb. Bu da 2022-ci il ilə müqayisədə 7 mln manat çoxdur. İlk rüb üzrə qeyri-faiz gəlirləri də artaraq 2.3 mln manata çatıb. Bankın məcmu kapitalı 92 mln manat təşkil edir, bu da requlyativ tələbdən 42 mln manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 12.36%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 8.09% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir.
Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq! / banker.az

Banklar     Tarix: 26 aprel 2023

Oxşar xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin


iqtisadi xeberler dollar mezenne pul qazanmaq telefonla pul qazanmaq kicik biznes